Azərbaycanın Tacikistanda yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini bu ölkənin xarici işlər nazirinə təqdim etmişdir

Martın 2-də Azərbaycanın Tacikistanda yeni təyin olunmuş səfiri Abbasəli Həsənov etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Xamraxon Zərifiyə təqdim etmişdir.
Təqdimetmə mərasimindən sonra keçirilən görüşdə Azərbaycan ilə Tacikistan arasında bütün istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuş, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Nazir ölkələrimiz arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsi vacibliyini bildirmiş, investisiyaların qoyulması və qarşılıqlı ticarətin yüksəldilməsi məsələlərinə toxunmuşdur.
X.Zərifi nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi və Azərbaycanda Tacikistan üçün neftçi kadrlarının hazırlanması istiqamətində əməkdaşlığa da xüsusi diqqət yetirmişdir.
Abbasəli Həsənov ölkələrimiz arasında bu və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün maksimum səy göstərəcəyini bildirmişdir.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri 
Düşənbə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında