Azərbaycanla əlaqələr ABŞ üçün vacibdir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) xarici siyasətlə bağlı "World Politics Review" informasiya portalında Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin 20 illiyi ilə əlaqədar geniş məqalə dərc edilmişdir.
Məqalənin müəllifi ABŞ-ın Qudzon İnstitutunun böyük elmi əməkdaşı və "World Politics Review" portalının baş redaktoru Riçard Vayts qeyd edir ki, zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan Əfqanıstanda antiterror əməliyyatları aparan NATO qoşunlarına yaxından kömək edərək hava məkanından təmənnasız istifadə etmək üçün icazə vermişdir.
11 sentyabr terror hadisəsindən sonra Azərbaycan qeyd-şərtsiz ABŞ-a kömək edəcəyini bəyan etmişdir.
Avropanın enerji təhlükəsizliyindən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan qitəni yalnız enerji resursları ilə təmin etmir, eyni zamanda, Orta Asiyanın enerji resurslarının Avropaya çatdırılmasında mühüm rola malikdir.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir ki, bu da onun artan nüfuzundan xəbər verir.
ABŞ Azərbaycan ilə əlaqələrini möhkəmləndirmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakıya kömək göstərməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal edildikdən sonra burada separatçı rejim yaradılmışdır.
Azərbaycan enerji ehtiyatlarının ixracından əldə etdiyi gəlir hesabına ölkədə səmərəli iqtisadi islahatlar həyata keçirmiş və olduqca güclü ordu yaratmışdır. Azərbaycan Ordusu istənilən anda itirilmiş torpaqları geri qaytara bilər. Lakin rəsmi şəxslər bildirirlər ki, Azərbaycan münaqişəni qan tökmədən sülh yolu ilə həll etmək istəyir. Bu istiqamətdə həmsədrlərindən biri də ABŞ olan ATƏT-in Minsk qrupu fəaliyyət göstərir.
ABŞ Konqresi Azadlığa dəstək aktına 907-ci düzəlişi ləğv etməlidir. Bu düzəliş ABŞ hökumətinə Azərbaycana birbaşa dövlət yardımı göstərməyə imkan vermir və ABŞ diplomatiyasının fəaliyyətini zəiflədir, regiondakı nüfuzuna zərər vurur.
Azərbaycan ABŞ-ın dostu olduğunu nümayiş etdirmişdir. İndi isə ABŞ-ın dünyanın bu strateji regionunda etibarlı dosta ehtiyacı vardır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında