İmişli poçt filialında xidmətin ən müasir növləri uğurla tətbiq edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin sosial iqtisadi inkişafı uğurla davam etdirilir. Hazırda bu inkişafı iqtisadi həyatın, demək olar ki, bütün sahələrində görmək mümkündür. 
Son illərdə kifayət qədər tərəqqiyə nail olmuş, bir qayda olaraq gəlirlə işləmək prinsipini həyat normasına çevirmiş, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynamış sahələrdən biri olan "Azərpoçt" MMC və onun regional filialları da ölkənin inkişafına öz töhfələrini verməkdədir. İmişli Regional Poçt Filialı da cəmiyyətin qabaqcıl təşkilatlarından biri kimi rayon əhalisinin etimadını qazanıb. Bu günlərdə müəssisənin rəhbəri, iqtisad elmləri namizədi Vaqif Vəliyevlə söhbətimiz də elə bu təşkilatın işi və qazandığı nailiyyətlərlə bağlı oldu.
- Vaqif müəllim, bizdə olan məlumata görə, son illərdə İmişli Poçt Filialı uğurlarını xeyli artırmışdır. Son bir ildəki fəaliyyətinizi qənaətbəxş hesab etmək olarmı?
- Bəri başdan qeyd etmək istəyirəm ki, müəssisəmiz 2011-ci ili də uğurla yola salmış, plana 109 faiz əməl etmişdir. 2010-cu illə müqayisədə keçən il bütün sahələrdə gəlirlərin artırılmasına nail olunmuşdur.
Onu da qeyd edim ki, hazırda 67 nəfər işçisi olan filialın tabeliyində 1 müştəri şöbəsi, 28 kənd poçt şöbəsi fəaliyyət göstərir. Bütün şöbələrin işçiləri öz üzərlərinə düşən məsuliyyəti lazımınca dərk edir və əhaliyə yüksək səviyyədə xidmət göstərirlər. Şöbələrdə, eləcə də bütövlükdə filialda büdcəyə və büdcədənkənar fondlara ödənişlərin vaxtında ödənilməsi sahəsində heç bir problemimiz yoxdur, bu məsələlər vaxtlı-vaxtında həll edilir. İl ərzində dəyəri 732215 manat məbləğində olan 7123 ədəd maniqram qəbul olunaraq göndərilmiş, 932663 manat məbləğində 8342 ədəd maniqram isə daxil olaraq ödəniş aparılmışdır. Poçt göndərişləri və dövri mətbuatın ünvanlara vaxtında çatdırılması məqsədilə rayon poçt filialının balansında olan "Fiat Doblo" və "Niva Chevrolet" markalı avtomaşınlarla şöbələrlə gündəlik poçt mübadiləsi aparılması təmin olunur. Təkcə bir misal deyim ki, son rüb ərzində 648 ədəd bağlama, 45534 ədəd sifarişli və sadə məktublar qəbul olunmuşdur.
Filialda əsas diqqət və qayğı tələb edən sahələrdən biri də pul vəsaitlərinin təhlükəsiz saxlanılması məsələsidir. Bu məsələyə bizim əməkdaşlar da yüksək məsuliyyət hissi ilə yanaşırlar. Hazırda bunun üçün filialda müasir tələblərə cavab verən bunkerdən istifadə olunur.
Eyni zamanda, poçt xidmətinin daha da yaxşılaşdırılması məqsədilə yeni tədbirlər həyata keçirməyi planlaşdırmışıq. Bu işlərdən biri də müasir bankomatların quraşdırılmasıdır. Yaxın vaxtlarda əhaliyə bank xidmətlərinin göstərilməsi məqsədilə rayon poçt filialının inzibati binasında, eləcə də iri yaşayış məntəqələrini əhatə edən kənd poçt şöbələrində "Azərpoçt" MMC-yə məxsus "Bankomat" aparatlarının quraşdırılmasına başlanacaqdır.
- Son illərdə "Azərpoçt" MMC kommunal xidməti haqlarının ödənişinin qəbulu ilə də məşğul olur. Filialın bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirmək olar?
- İmişli şəhərinin ərazisində əhalidən elektrik enerjisi, təbii qaz və digər kommunal haqların qəbulu artıq xeyli vaxtdır ki, tam şəkildə "KOMİS" sistemi üzrə həyata keçirilir. Bundan əlavə, əlaqədar təşkilatlarla bağlanmış müqavilələrə əsasən, su və şəhərlərarası telefon danışığı haqlarının ödənişi də filial tərəfindən icra olunur. Eyni zamanda, Soltanmuradlı, Bəhramtəpə, Məmmədli, Şahverdi, Gödəktala kəndlərindəki poçt şöbələrində enerji haqlarının qəbulu "KOMİS" sistemi ilə aparılır.
Mərkəzi Xəzinədarlıq Şöbəsində "Western Union" beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişinə, eləcə də Dövlət Yol Polisi tərəfindən təyin olunmuş cərimələrin də qəbuluna başlanmışdır.
Qeyd edim ki, rayon poçt filialının bank-maliyyə xidmətlərinə keçməsi ilə əlaqədar olaraq yeni xidmətlər göstərməyə başlamışıq. Belə ki, təkcə bir rüb ərzində müştəri xidmətləri və poçt şöbələrində "Azərpoçt" MMC-nin rayon filialları arasında yeni xidmət növü olmasına baxmayaraq, ən yüksək məbləğdə, yəni 125354 manat həcmində alış, 133123 manat həcmində satış olmaqla valyuta mübadiləsi aparılmışdır. Bundan başqa, aparılan məqsədyönlü işlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən "Araz" Konservləşdirilmiş Şirələr və Konyak Zavodunun, fiziki şəxs Hüseynov Elnur Məmmədəli oğlunun, "Elit-1", "Mikayıl-N", "Şans-Holdinq", "Şahrux", "İlkin", "N-İnşaat-2010", "Mətbuatyayımı" icarədar müəssisəsinin, "Fəxrəddin", "Meridian-SVS" MMC-lərin, İmişli şəhər və Cəfərli kənd bələdiyyələrinin rayon poçt filialında cari hesabları açılaraq onlara müxtəlif bank xidmətləri göstərilməsinə başlanmışdır.
"Azərpoçt" MMC tərəfindən bağlanmış müqavilələrə əsasən, filialda artıq "Azərcell" və "Bakcell" abunəçilərindən xidmət haqlarının yığımı, nömrəli konturların yüklənməsi əməliyyatları, eləcə də "SİM" kartların satışı da aparılır.
Ümumiyyətlə, son vaxtlarda İmişli poçt filialının fəaliyyəti əsasən yaxşı nailiyyətlər üzərində qurulur. Bu da təbii ki, ölkədə aparılan sosial-iqtisadi islahatlar nəticəsində mümkün olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin regionlara qayğısı, rayon və kəndlərimizin inkişafı naminə imzaladığı sənədlər, gördüyü ardıcıl tədbirlər bizi də yeni-yeni nailiyyətlərə ruhlandırır. İndi yerlərdə hər kəs yaşadığı, işlədiyi regionun inkişafı üçün böyük həvəslə nə isə etməyə çalışır.
Sonda kollektivimiz adından fəaliyyətimiz üçün yaradılmış əlverişli şəraitə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, o cümlədən "Azərpoçt" MMC-nin rəhbərliyinə, eyni zamanda, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayevə dərin təşəkkürümü bildirmək istəyirəm. Əmin etmək istəyirəm ki, İmişli poçt filialı bundan sonra da inkişaf tempini qətiyyətlə qoruyub saxlayacaq və daha yüksək nailiyyətlər qazanmağa çalışacaq.

{nl}

S.HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında