28 May Respublika Günü münasibətilə Moskvada xeyriyyə konserti

Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə Moskvada daha bir tədbir keçirilmişdir.
Məşhur iş adamı və tanınmış müğənni Emin Ağalarov Respublika Günü münasibətilə xeyriyyə konserti vermişdir.
Öz repertuarına hər zaman dünyanın məşhur musiqiçilərinin mahnılarını daxil edən Emin Ağalarov bu dəfə də ənənəsinə sadiq qalmışdır. Məhz buna görə Rusiyanın ən tanınmış musiqi tənqidçiləri Emin Ağalarovun ifasını, kompozisiyalarını yüksək qiymətləndirmişlər. Müğənninin özü də etiraf edir ki, onun yaradıcılığında məşhur musiqiçilərin əvəzsiz rolu vardır.
Hər zaman fərqli çıxışları ilə tamaşaçıları valeh edən Emin Ağalarov bu dəfə də səhnədə uzun müddət alqışlanmışdır. Hər zaman Vətənini hədsiz sevdiyini və azərbaycanlı olmağı ilə fəxr etdiyini deyən müğənni tamaşaçılarla bir neçə dəfə sağollaşsa da, aramsız alqışlarla üç dəfə səhnəyə qayıtmalı olmuşdur. Müğənnini digər ifaçılardan fərqləndirən cəhət onun tam fərqli baritona sahib olmasıdır. Bunu isə hazırda Rusiya pop musiqisi səhnəsində nadir hallarda eşitmək olar.
Emin Ağalarovun konsert proqramından əldə olunan bütün vəsait uşaq evlərinə veriləcəkdir.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva konsertdə olmuşdur.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında