Vilnüsdə keçirilən "VİVATTUR 2012" beynəlxalq turizm sərgisində Azərbaycan da iştirak edir

Bu gün Litvanın Vilnüs şəhərində "VİVATTUR 2012" beynəlxalq turizm sərgisi öz işinə başlayır. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Aysel Əliməmmədova, Şamaxı Turizm İnformasiya Mərkəzinin direktoru Taleh Məmmədov da iştirak edirlər.
Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 25 kvadratmetr sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 20 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də, digər təbliğat materialları ilə təmin olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ikinci dəfədir ki, "VİVATTUR" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 17 ölkədən 192-yə yaxın şirkət təmsil olunur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında