Sabirabadlılar Xocalı soyqırımını andılar

Sabirabad Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq anım tədbiri keçirildi.
Rayonda məskunlaşan Xocalıların da qatıldığı tədbirin iştirakçıları torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərin, həmçinin Xocalı faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsinin insanlığın tarixinə ən dəhşətli terror aktı, soyqırımı kimi daxil olduğunu bildirdi, bu faciənin iki əsrdən çox bir müddət ərzində erməni cəlladları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi adlandırdı.
Xocalı faciəsinə o vaxtkı iqtidar tərəfindən lazımi qiymət verilmədiyini, Xocalı soyqırımına yalnız 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə müzakirəyə çıxarıldığını və bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini deyən natiq Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində məqsədyönlü siyasətindən ətraflı danışdı. İcra başçısı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi səyi ilə Azərbaycan həqiqətlərinin, Xocalı faciəsi haqqında kitabların, filmlərin, stendlərin dünyanın hər yerində nümayiş etdirildiyini, fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası aparıldığını da tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə rayon polis şöbəsinin rəisi Mübariz Quliyev, Xocalı özünümüdafiə batalyonunun komandir müavini, "Azərbaycan bayrağı" ordenli Sərvər Rəcəbov keçdikləri döyüş yolundan danışdılar.Əlillərdən ibarət qrupun rəhbəri, I qrup Qarabağ müharibəsi əlili Vidadi Güləliyev hazırladıqları "Xocalı harayı" ədəbi-bədii kompozisiyanın böyük təbliğat xarakterindən və fevralın 24-də Rəşid Behbudov adına Dövlət Mahnı teatrının səhnəsindəki uğurlarından bəhs etdi.
Sonda Xocalı ailələrinə humanitar yardım göstərilmişdir.

{nl}

S.HÜSEYNOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında