Müasir dövrdə Azərbaycan cəmiyyətində qadınların rolu və fəaliyyəti xeyli artmışdır

Martın 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında qadın hüquqları" mövzusunda "dəyirmi masa" keçirilmişdir. 
"Dəyirmi masa" da Milli Məclisin deputatları, təhsil, səhiyyə, daxili işlər nazirliklərinin, Konstitusiya Məhkəməsinin, ictimai qadın təşkilatlarının nümayəndələri və ziyalılar iştirak etmişlər.
Tədbirdə çıxış edən AQUPDK-in sədri Hicran Hüseynova demişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə insan amili prioritet istiqamət təşkil edir. Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın rəhbərliyi insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında sərəncam bu sahədə çox mühüm sənəddir.
Fəaliyyət Proqramı qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadın sahibkarlığının inkişaf etdirilməsi, qadınların yeni peşələrə yiyələnməsi, məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya proqramlarının reallaşdırılması, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, zorakılıq qurbanları üçün hüquqi müdafiə vasitələrinin təmin olunması baxımından böyük əhəmiyyətə malikdir.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova demişdir ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın tərəqqisini məhz "insan meyarı"nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdi. Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, qadınların cəmiyyətdəki rolu və fəaliyyəti xeyli artmışdır. Parlament və bələdiyyə seçkilərində çoxlu sayda qadınların iştirak etməsi həyata keçirilən işlərin nəticəsi kimi qiymətləndirilməlidir.
Çıxışlardan sonra müasir dövrümüzdə qadınların cəmiyyətdəki rolu və fəaliyyəti haqqında müzakirələr aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında