QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə daha iki qrupda seçkilər keçirilmişdir

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə daha iki QHT qrupunda seçkilər keçirilmişdir. 
Şuranın mətbuat xidmətindən bildirmişlər ki, Qaçqın, köçkün, əlil və müharibə veteranları məsələləri üzrə qrupa keçirilən seçkilərdə 33 QHT nümayəndəsi və 6 namizəd (1 nəfər öz namizədliyini səsvermədən öncə geri götürmüşdür) iştirak etmişdir. Onlardan üçü - Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun rəhbəri, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini qrupa üzv seçilmişlər.
İqtisadi və sosial məsələlər üzrə qrupa keçirilən seçkilərdə isə 83 QHT nümayəndəsi və 11 namizəd iştirak etmişdir. Bu qrupda ilk üç yeri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri, "Mülk" İctimai Assosiasiyasının rəhbəri, "Gənc mühasiblər" İctimai Birliyinin sədri qazanmışlar.
Növbəti iki qrupda seçkilər martın 2-də keçiriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında