Azərbaycan ilə Pakistan arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 1-də Bakıda səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, R.Usubov ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixi kökləri olduğunu xatırlatmış və qeyd etmişdir ki, Azərbaycan Respublikasının Pakistan İslam Respublikası ilə diplomatik münasibətləri yaranan gündən bu əlaqələr strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməkdədir.
Daha sonra qonaqlara cinayətkarlığa qaşı mübarizənin vəziyyəti və kriminogen durumla bağlı məlumat verilmişdir.
R.Usubov transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı təzahürlərinə, o cümlədən beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiya və insan alverinə, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyini vurğulamışdır.
General Xalid Şamim Vayn ətraflı məlumata görə minnətdarlığını bildirmiş, Pakistan İslam Respublikasının bundan sonra da Azərbaycanın yanında olacağını, onun haqq işini müdafiə edəcəyini demişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında