Ankara Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar mərasim keçirilmişdir

Azərbaycanın Türkiyədəki səfirliyi və "Türk Azəri Birliyi" Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Ankara Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mərasim keçirmişdir.
Tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, Türkiyənin müxtəlif siyasi partiyalarının nümayəndələri, Ankara Universitetinin tələbə və müəllim kollektivi, ictimaiyyət, diaspor və KİV təmsilçiləri iştirak etmişlər.
Mərasimdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun təqdim etdiyi sənədli film nümayiş etdirilmişdir.
Mərasimdə çıxış edən Xocalı soyqırımının şahidləri faciə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.
Sonda müğənni Azərinin ifasında vətənpərvərlik ruhunda şer və mahnılar dinlənilmişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında