Xocalının mülki əhalisinin kütləvi şəkildə qətlə yetirilməsinə heç kim haqq qazandıra bilməz

Xocalının mülki əhalisinin kütləvi şəkildə qətlə yetirilməsinə heç cür haqq qazandırıla bilməz. Artıq bütün dünyaya da bəllidir ki, bu ağır hərbi cinayəti erməni silahlı qüvvələri törətmişlər. Bu gün dünyanın demək olar ki, əksər ölkələrində Xocalı faciəsi anılır, ermənilərin törətdikləri bu ağlasığmaz qətliam barəsində beynəlxalq ictimaiyyətə müfəssəl məlumat verilir. Son illər bu sahədə aparılan təbliğat işlərini yüksək qiymətləndirirəm. Onu da qeyd edim ki, Xocalı faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə geniş məlumat verilməsində gənclərin də böyük rolu xüsusi qeyd olunmalıdır. 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında başlanan "Xocalıya ədalət" kampaniyası artıq bütün dünyada geniş vüsət almışdır. Dünyanın əksər ölkələrinin ictimaiyyəti artıq ermənilərin necə qəddar, amansız olduqlarını bildilər. İldən-ilə daha da genişlənən bu kampaniya Xocalı faciəsinin 20-ci ildönümündə öz coğrafiyasını xeyli genişləndirib. Erməni silahlı qüvvələri tərəfindən törədilmiş bu faciəyə-Xocalının mülki əhalisinin kütləvi şəkildə qətlə yetirilməsinə hec cür haqq qazandırmaq olmaz. Artıq Ermənistan dünyada işğalçı dövlət kimi tanınır. Dünyanın inkişaf etmiş dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən təsdiqləyirlər. Hətta nüfuzlu beynəlxalq qurumlar da Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkməməsini kəskin pisləyərək öz silahlı qüvvələrini heç bir qeyd-şərt qoymadan işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxarılması barədə qətnamə də qəbul ediblər. Mən BMT Təhlükəsizlik Şurası tərəfindən bu məsələ ilə əlaqədar qəbul olunan 4 qətnaməni xatırlatmaq istərdim. Digər nüfuzlu qurumlar da Ermənistanın işğalçı dövlət olmasını rəsmən təsdiqləyiblər. Təbii ki, bunu ötr-basdır etmək qeyri-mümkündür.
Xocalı faciəsi ermənilərin törətdikləri ən dəhşətli faciədir. Artıq dünya ictimaiyyəti də təsdiqləyir ki, erməni silahlı qüvvələri ağır hərbi cinayət törədiblər.
Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Bakıda keçirilmiş ümumxalq yürüşündə minlərlə insanın iştirak etməsi faktı Azərbaycan xalqının təcavüzkar ermənilər tərəfindən işğal olunmuş torpaqları azad etmək əzmində olmasına dəlalət edir. Xocalı soyqırımı haqqında həqiqətin bütün dünyaya çatdırılması istiqamətində dövlət və ictimai təşkilatlar səviyyəsində məqsədyönlü iş aparılır və bu iş artıq öz səmərəsini göstərir.
Mən faciənin 20-ci ildönümü ilə əlaqədar keçirilmiş ümumxalq yürüşündə bir daha şahidi oldum ki, biz bir olsaq, qarşımızda heç bir qüvvə dayana bilməz. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq, Xocalı qırğını hər birimizin yaddaşında həmişəlik qalacaqdır. İnanıram ki, bu faciəni törədənlər layiqli cəzalarını alacaqlar.

{nl}

Vüqar QƏDİROV, Qaçqın və məcburi köçkünlərin gənclər təşkilatının sədri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında