Bakıdakı aksiya düzgün və zəruri addım idi

Bu ümumxalq yürüşü xalqımızın, nəinki Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş aksiyası, həm də yüz ildən çoxdur ki, Azərbaycan xalqına və ümumilikdə türk dünyasına qənim kəsilən rəzil erməni şovinizminin iyrənc, insanlığa sığmayan əməllərini dünyaya çatdırmaq istəyən haqq səsidir. 
Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dövlətimizin müxtəlif səviyyələrdə həyata keçirdiyi işlər öz nəticəsini verməkdədir. Artıq dünya birliyi kimin kim olduğunu, Ermənistanın təcavüzkar olduğunu, onun yalnız özünə məxsus əxlaqsız siyasət yürütdüyünü anlayır.
Biz müdafiə qabiliyyətimizi, hərbi potensialımızı artırmaqla yanaşı beynəlxalq səviyyədə ədalətli mövqeyimizi, təcavüzə və soyqırımına məruz qalmağımızı daha qətiyyətlə bəyan etməli, bu istiqamətdə təbliğat işini daha da gücləndirməliyik. Bu baxımdan Xocalı soyqırımının 20-ci ili ilə əlaqədar keçirilmiş ümumxalq yürüşünü hər bir cəhətdən düzgün və zəruri aksiya hesab edir və 31 Mart Azərbaycanlıların Soyqırımı Günündə də belə aksiyanın keçirilməsini istərdim.

{nl}

Arif RÜSTƏMOV, fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında