Azərbaycanlı alim Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasına müxbir üzv seçilmişdir

Azərbaycan Dövlət Aqrar Universitetinə şad xəbər gəlmişdir. Universitetin heyvandarlıq və balıq məhsulları istehsalatı texnologiyası kafedrasının müdiri, 165 elmi məqalənin, 4 dərsliyin və 5 dərs vəsaitinin müəllifi, Azərbaycan damazlıq şurasının sədri, kənd təsərrüfatı elmləri doktoru, professor Qənbər Abdullayev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasına müxbir üzv seçilmişdir.
Bu münasibətlə universitetin elmi şurasında keçirilən yığıncaqda Rusiya Kənd Təsərrüfatı Akademiyasının prezidenti Q.Romanenkonun Azərbaycan Dövlət Aqrar Universitetinin ünvanına göndərdiyi təbrik məktubunun mətni oxunduqdan sonra alimin elmi nailiyyətlərindən söhbət açılmışdır.
Yığıncaqda çıxış edən Qənbər Abdullayev qazandığı bütün nailiyyətləri ümummilli liderimiz Heydər Əliyevin elmə, onun inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirmiş və bildirmişdir ki, Azərbaycanda elmin inkişafı üçün ulu öndərin təşəbbüsü ilə 1980-ci ildə Rusiyaya göndərilən gənclər arasında o da olmuş və üç il Ümumittifaq Heyvandarlıq İnstitutunda aspirant kimi elmin sirlərinə yiyələnmişdir.
Bundan sonra onun üçün elmdə yeni yol açılmış və bugünkü nailiyyətlərə gəlib çatmışdır. Qənbər Abdullayev qalan ömrünü də Azərbaycanda kənd təsərrüfatı elminin inkişafına sərf edəcəyini bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında