Daşnaksütyunun rəhbəri: Bu dəfə türklər qalib gəldi

"Bu dəfə türklər qalib gəldi. Türkiyənin hədələri öz işini gördü. Bu qərar Fransaya hörmət gətirmir". 
Modern.az bildirir ki, bu sözləri ermənilərin ABŞ-da fəaliyyət göstərən "Ay-Dat" təşkilatının Ermənistan ofisinin rəhbəri Kiro Manoyan Fransa Konstitutsiya Şurasının məlum qərarına münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, fevral ayı onlar üçün uğursuz olub. ABŞ-da doqquzuncu federal apelyasiya məhkəməsinin qərarı ilə Kaliforniya ştatında qəbul edilmiş qanun ləğv edilib. Bu qanuna görə, qondarma "soyqırım qurbanlarının" ailələrinə təzminat ödənilməsi nəzərdə tutulurdu. Apelyasiya məhkəməsi belə qərara gəlib ki, bu qanun ABŞ-ın xarici siyasət kursuna və federal qanunlarına ziddir.
K.Manoyan həmçinin bildirib ki, Sarkozi öz prezidentliyi müddətində situasiyanı dəyişə bilməyəcək. Bir neçə gündən sonra Senat tətilə çıxacaq. Çətin ki, senatorlar növbədənkənar sessiyaya toplaşsınlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında