Azərbaycanın və Fələstinin milli informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunmuşdur

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman fevralın 29-da Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov ilə görüşmüşdür.
Görüşdə müasir dünyada ölkələr və xalqlar arasında münasibətlərin inkişaf etdirilməsində informasiyanın rolundan danışılmış, Azərbaycan Dövlət Teleqraf Agentliyi ilə Fələstinin WAFA Xəbərlər Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunmuşdur.
Anlaşma Memorandumunun bu ilin oktyabrında Bakıda keçiriləcək II Beynəlxalq Humanitar Forum çərçivəsində imzalanması təklif olunmuşdur. Həmçinin görüşdə Azərbaycan və Fələstin xalqları arasındakı tarixi, mədəni əlaqələrdən söhbət açılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında