Azərbaycan Pakistan ilə əlaqələrin daha da genişləndirilməsində maraqlıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 29-da Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan-Pakistan münasibətlərinin səviyyəsindən məmnunluq bildirilmiş, ölkələrimiz arasında bir çox sahələrdə qarşılıqlı dəstəyin mövcud olduğu vurğulanmışdır. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd edilmişdir.
E.Məmmədyarov Azərbaycanın Pakistan ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirərək, ölkələrimiz arasında ticarət, enerji və mədəniyyət sahələrində əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Nazir parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək qarşılıqlı səfərlərin intensivləşməsinin ölkələrimiz arasında mövcud olan siyasi dialoqun inkişaf etdirilməsində vacib amil olduğunu bildirmişdir.
Görüşdə pakistanlı senatorlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini qəti şəkildə dəstəklədiklərinə görə təşəkkür bildirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında