Azərbaycan Ermənistanda yeni tikiləcək atom reaktoru ilə bağlı ESPOO qarşısında iddia qaldırmışdır

Azərbaycan Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (ESPOO) katibliyi qarşısında Ermənistanın юlkə ərazisində yeni atom reaktorunun inşası ilə bağlı adıçəkilən konvensiyanın tələblərinə riayət etməməsi barədə iddia qaldırıb. Bunu çərşənbə axşamı "Trend"ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şюbəsinin müdiri Rasim Səttarzadə demişdir.
Onun sюzlərinə gюrə, martda Cenevredə ESPOO-nun İcraiyyə Komitəsinin nюvbəti iclası keçiriləcək. Həmin iclasda Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia da müzakirə olunacaq.
Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni atom reaktoru tikməyi planlaşdırdığını deyən Səttarzadə bildirmişdir ki, Azərbaycan və Ermənistan ESPOO-nun üzvüdür. Buna gюrə də Ermənistan qonşu юlkələrə ətraf mühitə təsir ehtimalı ola bilən hər hansı fəaliyyət barədə məlumat verməyə və həmin юlkələri ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinə cəlb etməyə borcludur.
"Yeni reaktorun inşası ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi Azərbaycan tərəfinə də təqdim olunmalıdır. Azərbaycan tərəfi də buna юz rəyini bildirməlidir. Ancaq təəssüf ki, Azərbaycan tərəfinin qanuna müvafiq şəkildə bütün prosedurlara əməl etməyinə baxmayaraq, Ermənistan tərəfi ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunu konvensiya çərçivəsində aparmayacağını deyib. Ona gюrə də Azərbaycan Ermənistanın həmin konvensiyanın tələblərinə riayət etməməsi barədə iddia qaldırıb".
Azərbaycanın bu iddiasına cavab olaraq, Ermənistan da ESPOO-nun katibliyi qarşısında Azərbaycanda həyata keçirilən iri neft layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesində iştirak etməməsi barədə iddia qaldırıb.
Bu iddianı tamamilə əsassız sayan Səttarzadə deyib ki, bu layihələrin Ermənistanın ətraf mühitinə heç bir təsiri yoxdur. Çünki neft layihələrinin əksəriyyəti Xəzər dənizində, o cümlədən Abşeron yarımadasında həyata keçirilir ki, bunun da Ermənistana heç bir mənfi təsiri yoxdur.
Digər tərəfdən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri də Ermənistan ərazisindən uzaqdadır. Bu kəmərlə daşınan neft dağılarsa, o, uzun bir məsafəyə axıb gedə bilməz. Bu, tamamilə məntiqsiz iddiadır.
Səttarzadə onu da bildirib ki, Azərbaycan ESPOO Konvensiyasına 1999-cu ildə qoşulub. 1994-1996-cı illərdə isə həmin layihələrin həyata keçirilməsinə başlanılıb və ya onların ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi təsdiqlənib. Bu sənədlərlə də həmin layihələrin heç bir transsərhəd kontekstdə təsirinin olmadığı sübuta yetirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında