Koreya hюkuməti Azərbaycanda su təchizatı layihələrinə dəstəyi artırır

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində Koreya İxrac-İdxal Bankının Azərbaycanda səfərdə olan missiyası ilə gюrüş keçirilmişdir. "Azərsu" ASC-nin xarici əlaqələr şюbəsinin rəisi İlqar Tağıyev Azərbaycanda həyata keçirilən investisiya layihələrində Koreya hюkumətinin və şirkətlərinin yaxından iştirak etməsini yüksək qiymətləndirərək həmin layihələrin uğurla icra olunduğunu bildirmişdir.
Koreya İxrac-İdxal Bankının ətraf mühit üzrə mütəxəssisi Con Su Yun Azərbaycan hюkuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirmiş və qeyd etmişdir ki, Koreya hюkuməti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcək. Gюrüşdə "Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi layihəsi" üzrə maliyyə məsələləri müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Koreya hюkuməti sюzügedən layihəyə 43,5 milyon ABŞ dolları ekvivalentində güzəştli kredit ayırmaq niyyətindədir. Xatırladaq ki, kreditin ilk 10 ili güzəştli olmaqla 40 ilə, illik 0,2 faizlə ayrılması nəzərdə tutulur. Ümumi dəyəri 60 milyon ABŞ dolları olan layihənin qalan hissəsini isə Azərbaycan tərəfi maliyyələşdirəcək.
Məlumat üçün bildiririk ki, "Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi layihəsi" Pirşağı qəsəbəsinin kanalizasiya sisteminin yaxşılaşdırılmasını nəzərdə tutur. Layihə çərçivəsində qəsəbədə məhsuldarlığı sutkada 40 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Ən son texnologiya əsasında inşa olunacaq çirkab sutəmizləyici qurğusunda təmizlənmiş sudan suvarma məqsədləri üçün istifadə olunacaq.
Yeri gəlmişkən, Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ayırdığı qrant hesabına reallaşdırılacaq. 2011-ci il oktyabrın 14-də "Azərsu" ASC ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış qrant sazişinə əsasən Koreya hюkuməti bu məqsədlə 26,18 milyon ABŞ dolları məbləğində qrant ayıracaq. Layihə üzrə qalan xərclər isə Azərbaycan hюkuməti tərəfindən əlavə maliyyələşmə şəklində təmin olunacaq. Koreya tərəfinin ayırdığı qrant hesabına Kürdəxanı qəsəbəsində 2 ədəd su anbarı, nasos stansiyası, 24,8 kilometr uzunluğunda müxtəlif diametrli su və 24,8 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında