Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı təqdimat keçirilmişdir

Fevralın 28-də Əmlak Məsələləri Dюvlət Komitəsində (ƏMDK) Ünvan Reyestrinin İnformasiya Sisteminin (ÜRİS) yaradılması ilə bağlı təqdimat keçirilmişdir. Məlumat verildiyi kimi, komitə tərəfindən Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması işlərinin satın alınması üzrə açıq tender elan edilmişdir. Tenderin qalibi irəli sürülmüş tələblərə cavab verən və Azərbaycanda mühüm layihələrdə iştirak edən Koreya Respublikasının "SK C & C" Co.LTD şirkəti olmuşdur.
ƏMDK sədrinin müavini Rafiq Cəlilov bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda ÜRİS-in yaradılması və bu layihənin uğurla həyata keçirilməsində maraqlı tərəflər, o cümlədən dюvlət qurumları, bələdiyyələr, təşkilatlar və vətəndaşlar arasında layihə barədə ictimai məlumatlandırma, maarifləndirmə və izahat işlərinin aparılmasıdır. Digər müvafiq icra qurumları ilə işin əlaqələndirilməsi, iş prosesində birgə fəaliyyətə və dəstəyə nail olunması da prioritetdir. Qeyd edilmişdir ki, юlkəmizdə yaradılacaq ÜRİS-in beynəlxalq standartlara və qabaqcıl Avropa təcrübəsinə uyğun layihələndirilməsi məqsədi ilə Avropa Birliyinin EURADIN layihəsi və INSPIRE tюvsiyələrindən istifadə edilir.
Yaradılacaq Ünvan Reyestrinin məlumatlarının dюvlət və qeyri-hюkumət müştərilərinə paylanılması internet xidmətlərindən istifadə edilməklə sistemlərarası kommunikasiya vasitəsilə həyata keçiriləcəkdir. ÜRİS Komitənin İnformasiya Texnologiyaları Mərkəzi vasitəsilə idarə olunacaqdır.
Layihə üzrə işlər 2012-ci ilin avqust ayında tamamlanacaq və 2013-cü ilin yanvarından sistem tam istifadəyə veriləcəkdir.
Tədbirdə Ünvan Reyestrinin İnformasiya Sisteminin Təchizatçısı olan Koreya Respublikasının "SK C & C" Co.LTD şirkətinin, nümayəndələri, Qrant Sazişi üzrə Norveç və Danimarka mütəxəssisləri, Sumqayıt daşınmaz əmlakın Kadastrı layihəsi üzrə podratçı Türkiyə şirkətinin, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sistemini hazırlayacaq NETCAD və Saybernet şirkətinin ekspertləri iştirak etmişlər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında