Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üzrə yeni təlimatların təqdimatı olmuşdur

Fevralın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Hюkuməti və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı" layihəsinin "Əmək bazarında islahatlar" adlı birinci komponentinin müvafiq tapşırıqlarına uyğun olaraq hazırlanmış təlimatların təqdimatı olmuşdur. 
Nazirliyin ictimaiyyətlə əlaqələr şюbəsindən bildirmişlər ki, təlimatlar "Təkmilləşdirilmiş məşğulluq xidmətləri" və "Dюvlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması" tapşırıqlarına uyğun hazırlanmışdır.
Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbiri açan nazir Füzuli Ələkbərov "Sosial müdafiənin inkişafı" layihəsinin юlkəmizdə əmək və sosial müdafiə sahəsində islahatların aparılmasında mühüm rol oynadığını qeyd etmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında qabaqcıl dünya təcrübəsindən istifadənin və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsinin dюvlət orqanları qarşısında bir vəzifə kimi qoyulduğunu deyən nazir F.Ələkbərov sюzügedən layihənin komponentləri üzrə tapşırıqların peşəkar beynəlxalq ekspertlərlə birgə icrası sahəsində əldə olunan müsbət nəticələrin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Nazir layihənin həmin komponentləri üzrə tapşırıqların icrası sahəsində gюrülən işləri yüksək qiymətləndirmişdir.
Bildirilmişdir ki, tapşırıqların icrasına müvafiq sahə üzrə bюyük təcrübəyə malik beynəlxalq ekspertlər cəlb olunmuşdur. Məqsəd iş axtarışına yardım, əmək yarmarkaları, işəgюtürənlər ilə əlaqələr, kiçik biznes məsləhət xidmətləri və s. kimi məşğulluq xidmətlərinin təkmilləşdirilməsidir. Müvafiq tapşırıqlar üzrə təlimatların, həmçinin hazırlanacaq proqramların Bakıda, Gəncədə və Gюyçayda sınaq işlərinin aparılması nəzərdə tutulur.
Tədbirdə təlimatlar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında