"Binqo+8"! Tiraja bir həftə qaldı

Xanımlara 8 avtomobilli açıqca - 8 mart hədiyyəsi
"Binqo+8" lotereyasının tirajına düz bir həftə qalıb və lotereya həvəskarları üçün ən vacib məsələ "Binqo+8" lotereyasından uduş payı götürmək, KİA "Sportage" və 7 ədəd "Chevrolet Aveo" avtomobilindən birinə sahib olmaqdır. Tiraja bir həftə qalmış bu oyun haqqında ətraflı məlumat verməyə dəyər.
Martın 7-də axşam, əsas oyundan əvvəl biletin seriya nömrəsi ilə 100% uduşlu KİA "Sportage" avtomobili, beş turdan ibarət olan oyunun hər turunda bir Chevrolet "Aveo" avtomobili və əsas oyun başa çatdıqdan sonra biletin seriya nömrəsi ilə daha iki 100% uduşlu Chevrolet "Aveo" avtomobili oynanılır. Qeyd etmək lazımdır ki, oyunun bileti nəfis forma və dizaynı ilə gözəl açıqca kimidir və xanımlar üçün 8 mart bayramı öncəsi, özü-özlüyündə unikal hədiyyədir.
Bununla belə, "Azərlotereya" ASC-nin həftənin üç günü həyata keçirdiyi ənənəvi oyunlar iştirakçılara sevinc gətirməkdədirlər və son aylar "Uğur" lotereyası uduşların sayına görə liderliyi əldə saxlamaqdadır. Keçən ilin sonlarında Qusar şəhər sakini Dostiyev Teyfur Hacıbaba oğlunun udduğu 25 021 manat və cari ilin əvvəlində Astara rayon sakini Əliyev Eldar Əmrail oğlunun sahib olduğu 55 000 manat məbləğində "Cek Pot"lara (ötən yazılarımızda bu qaliblər, eləcə də udulan çoxsaylı Kia "Rio" avtomobillərinin sahibləri haqqında ətraflı məlumat vermişik) daha bir uduş əlavə olundu. Göygöl rayon sakini Babayev İlqar Şahmar oğlu "Uğur" lotereyasının 028-ci tirajında 14 000 manat məbləğində "Cek Pot"-u uddu. Əlavə olaraq 20 manatı udmaqla, ümumilikdə 14 020 manat uduşa sahib olan 48 yaşlı İlqar Babayev sürücüdur. Dediyinə görə, lotereya həvəskarıdır, təxminən bütün lotereya oyunlarında iştirak edir. Üç övladı, iki nəvəsi olan Babayev İlqar, nəhayət ki, uzun illərdən bəri aldığı torpaq sahəsində ev tikmək arzuzusunu reallaşdıracaq. "Uğur" sevərlər uduş tempini saxlaya bilsələr, lotereya həvəskarlarının 58 000 manat məbləğində "Cek Pot"un uduş sevincini yaşayacağı gün də uzaqda deyil.
Srağagün axşam AzTV tamaşaçıları "Binqo" lotereyasının 059-cu tirajında Chevrolet "Aveo" avtomobilini udan Naxçıvan MR Babək rayon sakini Vahabov Səfər Həsənalı oğluna uduşun təqdimatını seyr etdilər. Zavodda qaynaqçı işləyən 33 yaşlı Səfər Vahabov da uduşu xudmani bir ev "düzüb qoşmağa" sərf etmək fikrindədir. Səfər hər tirajda, məhz bir "Binqo" alır. Yeri gəlmişkən, "Binqo" həvəskarlarını hər tirajda 100% uduşlu Chevrolet "Aveo" avtomobili ilə bərabər 55 000 manat məbləğində "Meqa Pot", 90 000 manat məbləğində "Binqo" prizi, 105 000 manatlıq "Super Binqo" və 75 000 manatlıq "Fortuna" gözləyir.
Cari ilin əvvəlindən iri uduşla yadda qalan "5/36" lotereyasının "Cek Pot"-u yenidən xeyli yüksəlib və 50 750 manat lotereya həvəskarları üçün kifayət qədər cəlbedici məbləğdir. Fevral ayının ikinci yarısında, 120 000 manat məbləğində "Meqa Pot"la ilin uduş rekordunu qazanmağa əsas namizəd olan "Ailə Sevinci" lotereyası da öz həvəskarlarını uduşsuz qoymadı. 3000 manat udan Şərur rayon sakini Mahmudov Akif Yunis oğlunun ardınca, 58-ci tirajda 106305 saylı bilet 12 000 manat məbləğində "Cek Pot"u uddu və hazırda, bu biletin sahibini "Azərlotereya" ASC-də gözləyirlər.
Göründüyü kimi, lotereya həvəskarlarını çoxsaylı sanballı uduşlar gözləyir. Lakin unutmayın ki, 8 avtomobil udmaq şansı verən "Binqo+8" özü-özlüyündə xanımlar üçün gözəl açıqca kimi, həm də unikal 8 mart hədiyyəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında