Fransa Konstitusiya Şurası Senatın qəbul etdiyi qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu ləğv etmişdir

Fevralın 28-də Fransa Konstitusiya Şurası Senatın qəbul etdiyi qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu ləğv etmişdir. 
Qanuna Konstitusiya Şurasında baxılmasının təşəbbüsçülərindən olan senator Jak Mezarın qərarın açıqlanmasından sonra mətbuat konfransı təşkil edəcəyi bildirilmişdir.
Xatırladaq ki, qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini Prezident Nikolya Sarkozinin də dəstəyi ilə Fransa Senatı yanvarın 23-də təxminən səkkiz saatlıq müzakirələrdən sonra qəbul etmişdi.
Qanunun qəbul edilməsindən sonra Fransa Senatında bu qanunun ləğv edilməsi məqsədi ilə Konstitusiya Şurasına müraciət etmək üçün senator Jak Mezarın təşkilatçılığı ilə 77 imza toplanmışdı. Lazım olan imza sayını artıqlaması ilə əldə edən deputatlar və senatorlar Fransa Konstitusiyasının 33-cü maddəsinə və ifadə azadlığına zidd olduğu səbəbi ilə qanunun ləğvini tələb etmişdilər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında