Qatara bilet nağdsız ödənişlə

Martın 1-dən Bakı Sərnişin Stansiyasında gediş haqlarının Pos-terminallar vasitəsilə nağdsız ödənişi tətbiq ediləcək
Dəmir yolunda sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamenti bir sıra tədbirlər həyata keçirir. Qurumun apardığı məqsədyönlü tədbirlər nəticəsində indiyədək bütün kassalarda kompyuter sisteminə keçid başa çatmış, ötən ilin sonlarından isə onlayn bilet satışının tətbiqinə başlanılmışdır. Artıq iki aydan artıqdır ki, sərnişinlər dəmir yolu kassalarına gəlmədən internet vasitəsiylə istədikləri istiqamətlərə bilet alırlar. Bu günlərdə isə Bakı Sərnişin Vağzalında bilet alarkən nağdsız ödənişi həyata keçirmək üçün hazırlıq işləri başa çatıb.
Bu münasibətlə dünən Bakı SərnişinVağzalında tədbir keçirildi. Tədbiri "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov açaraq bildirdi ki, 15 bilet kassasında Pos-terminallar quraşdırılmış, bilet kassirlərinin texnoloji prosesi mənimsəməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Martın 1-dən Bakı sərnişin stansiyasında gediş-gəliş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq ediləcək. Fevral ayının 28-də "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamenti və "Azərikard" MMC-nin mütəxəssisləri Bakı-sərnişin stansiyasında bilet kassirləri ilə yekun təlimləri keçirmişlər. "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamenti maliyyə iqtisad şöbəsinin rəisi Cabbar Camalov çıxışında qeyd etdi ki, elektron xidmətlərə keçid ölkə rəhbərliyinin "Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi qarşısında qoyduğu tələblərdəndir. Plastik kart vasitəsilə bilet almış sərnişin onu geri qaytarmaq istədikdə onlayn sistemdə olduğu kimi, 7 gündən 30 günədək müddətdə pul geri qaytarılacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Məlumat-Hesablama Mərkəzinin mütəxəssisi Əfqan Məmmədov, Bakı Sərnişin Stansiyasının rəisi Nizaməddin Eminov, Bakı Sərnişin Vağzalının rəisi İlyas Məmmədov və başqaları yeni sistemin tətbiqi ilə bağlı kassirləri maraqlandıran suallara cavab verdilər.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında