Yeni Azərbaycan Partiyası ilə Pakistan Xalq Partiyası arasında əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir

Fevralın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri İnayatullah Kakar ilə görüşmüşdür.
YAP-ın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası ilə Pakistan Xalq Partiyası arasında əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir.
Əli Əhmədov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat vermişdir. O, Pakistan Senatının erməni vandalları tərəfindən törədilmiş Xocalı soyqırımını tanıdığı üçün minnətdarlığını bildirmişdir.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov görüşdə iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında