"Vergi dostları" şəbəkəsi yaradılır

Vergilər Nazirliyində 2011-ci ildə qəbul olunmuş "Vergi ödəyicilərinə xidmət konsepsiyası"na əsasən "Vergi dostları" layihəsi reallaşdırılır. Həmin layihə çərçivəsində Xaçmaz şəhərində vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və bu xidmətlərin ünvanlılığının artırılması məqsədilə tədbir həyata keçirilmişdir. 
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov "Vergi dostları" layihəsini təqdim etmiş, bununla bağlı ictimaiyyət nümayəndələrinə ətraflı məlumat vermişdir.
Ə.Məmmədov bildirmişdir ki, Vergilər Nazirliyi tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, vergi ödəyicilərinə elektron xidmətlərin göstərilməsi, nazirliyin telefon məlumat xidmətinin təkmilləşdirilməsilə bağlı geniş əhatəli layihələr reallaşdırılır. "Vergi dostları" layihəsinin əsas məqsədi ərazi vergilər idarələrinin və xidmət mərkəzlərinin yerləşdiyi şəhərlər istisna olmaqla, ətraf kənd və qəsəbələrdə vergi mədəniyyətini formalaşdırmaq, vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərinə dəstək verməkdən ibarətdir.
Natiq qeyd etmişdir ki, rayon mərkəzlərindən kənarda olan kənd və qəsəbələrdəki orta ümumtəhsil məktəblərinin müəllimləri arasından "Vergi dostları" şəbəkəsinə qoşulmaq istəyənlər müəyyənləşdirilərək onların seçim meyarlarına uyğunluğu yoxlanılır. Gələcəkdə bu meyarlar əsasında seçilmiş "Vergi dostları"na müvafiq sertifikatlar veriləcək, həmin şəxslər mütəmadi olaraq Vergilər Nazirliyi tərəfindən treninqlərə cəlb olunacaqlar.
Sonra Xaçmaz rayonu üzrə bütün məktəblərdən seçilmiş 100 nəfərdən çox "Vergi dostu"nun siyahısı açıqlanmışdır.
Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və rayon icra hakimiyyətinin nümayəndələri, eləcə də yerli bələdiyyələrin işçiləri iştirak etmişlər.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında