TÜSİAB Xocalı soyqırımının 20-ci ildönümündə Taksimdə idi

Xocalı qətliamının 20 illiyi ilə əlaqədar İstanbulun Taksim meydanında təşkil edilən yürüş-mitinqində Türkiyə Böyük Millət Məclisinin üzvləri, azərbaycanlı millət vəkilləri, siyasi partiyaların nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) idarə heyətinin sədri, nümayəndələri və üzvləri də iştirak ediblər. 
Yüz minlərlə insanın qatıldığı aksiyada Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın tanınmış müğənnisi Azərin Azərbaycan və Türkiyənin Dövlət himnlərini, həmçinin "Çırpınırdı Qara dəniz" mahnısını ifa edib.
Mitinqdə Azərbaycan və Türkiyə bayraqları tutan insanlar "Qarabağa dəstək", "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq!", "Bütün türk dünyası Azərbaycan türklərinin yanındadır, Xocalıda törədilən soyqırımına hüquqi-siyasi qiymət verilməlidir", "Vətən bölünməz, şəhidlər ölməz", "Erməni yalanlarına səssiz qalmayaq", "Xocalıya ədalət" kimi şüarlarla dünya ictimaiyyətini Xocalı qırğınına laqeyd münasibətdən əl çəkməyə səsləyiblər.
Mitinqə qatılan Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) idarə heyətinin sədri Murat Bakır dedi: - Bu cür faciələrin təkrarlanmaması üçün dünya ictimaiyyəti bitərəf mövqeyindən əl çəkib Xocalı soyqırımına ədalətli, hüquqi qiymətini verməlidir. Biz də cəmiyyət olaraq üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırıq. Dörd saat davam edən mitinq müxtəlif şüarlarla başa çatdı.
Eyni zamanda, Prezident İlham Əliyevin iştirakı ilə Bakıda təşkil edilən ümumxalq yürüşündə TÜSİAB üzvləri də abidə önündə Xocalı soyqırımı qurbanlarının xatirəsini hüznlə yad edərək, "Xocalıya ədalət", "Xocalını unutmayın", "Xocalı-əsrin soyqırımı" şüarlarını səsləndirmişlər.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında