Azərbaycan diasporunun üzvləri Kaliforniya ştatı Senatının binası qarşısında aksiya keçirmişlər

ABŞ-ın Kaliforniya ştatının Azərbaycan icması, Azərbaycan-Amerikan Şurası (AAŞ) və San-Fransisko ərazisində yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən NACSA təşkilatı Kaliforniya Senatı qarşısında aksiya keçirmişlər.
Aksiya, Kaliforniya parlamentində ACR-96 adlanan qətnamənin baxılmasına etiraz olaraq keçirilmişdir.
Kaliforniya parlamentinin üzvləri Felipe Fuentes, Katço Aşadjian və Mayk Qatto tərəfindən təqdim olunmuş ACR-96 adlı qətnamədə ermənilərin növbəti təxribatı - "Ermənilərin Sumqayıt, Kirovabad və Bakıda soyqırımının Kaliforniyada anılması günü"nün keçirilməsi nəzərdə tutulmuşdur.
Amerika ermənilərinin xüsusi maraq qrupu tərəfindən irəli sürülən ACR-96 qətnaməsi Kaliforniya qanunvericilərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli mövqe formalaşdırmışdır.
Aksiya iştirakçıları 1988-ci il Sumqayıt hadisələri zamanı 26 erməninin heç də azərbaycanlılar tərəfindən qətlə yetirilmədiklərini Kaliforniya ictimaiyyətinin diqqətinə çatdırmış, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Azərbaycanın Xocalı şəhərində əsl soyqırımı törətdiklərini bildirmiş və qanunvericilərin məhz bu faciəyə diqqət yetirmələrinin vacibliyini vurğulamışlar. Azərbaycan diasporunun üzvləri 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdiklərini, bu hücum zamanı 613 azərbaycanlını, o cümlədən 106 qadını və 63 uşağı amansızlıqla qətlə yetirdiklərini, girov götürülmüş insanların dözülməz təhqir və işgəncələrə məruz qaldıqlarını bir daha bəyan etmişlər.
Kaliforniya ştatının qanunvericilərinə ünvanlanmış müraciətdə bildirilmişdir ki, ACR-96 qətnaməsinin mətni, Ermənistan tərəfindən, zəbt olunmuş Azərbaycan torpaqlarında etnik təmizləmə aparıldıqdan sonra yaradılmış, qeyri-qanuni və tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın məlumatlarına əsasən hazırlanmışdır. ABŞ Dövlət Departamentinin özünün belə tanımadığı bir qondarma, separatçı qurumun məlumatlarına inanaraq hər hansı bir addım atmağın özü belə ABŞ-ın rəsmi siyasəti ilə ziddiyyət təşkil edir.
Aksiya iştirakçıları qətnaməni pisləyən, Kaliforniya senatorlarını Xocalı soyqırımını tanımağa və Azərbaycan torpaqlarının işğaldan azad olunmasına çağıran şüarlar səsləndirmişlər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında