Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başlayır

Martın 1-də Avropa Birliyinin (AB) missiyası Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ilə bağlı rəsmi danışıqlara başlamaq üçün Azərbaycana səfər edəcək.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, missiyaya beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Rob Rozenburq və viza siyasəti bölməsinin rəhbər müavini Diederik Paalman həmsədrlik edəcəklər.
AB-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili səfərlə bağlı açıqlama verərək demişdir. "2009-cu ildə Şərq Tərəfdaşlığı Təşəbbüsünü başlamaqla biz AB və onun Şərq qonşuları arasındakı əlaqələri hədəfə almışıq. İndi Azərbaycanla viza rejimi ətrafında danışıqlara başladıqda bu təşəbbüsün bəhrəsini görürük. Viza rejiminin sadələşdirilməsi AB və Azərbaycanda insanlar arasında daha çox əlaqələrin qurulması, mübadilə və biznes imkanlarının artırılması məqsədini daşıyır. Bu, sadəcə olaraq insanlar üçün mobilliyin artması deməkdir. AB və Azərbaycanın vətəndaşları bunu səbirsizliklə gözləyir"
Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar prosesi bir ölkədən digərinə səfərləri asanlaşdırır. Bu zaman digər məsələlərlə yanaşı, viza ərizələrinin dəstəklənməsi üçün təqdim olunan sənədlərin sadələşdirilməsi, etibarlılıq müddəti daha uzun olan çoxdəfəli vizaların verilməsi imkanı, xüsusi kateqoriyadan olan yolçular üçün müraciət haqlarının azaldılması, viza ərizələrinin işlənməsi üçün son müddətlər dəsti və s. kimi məsələlər nəzərdən keçirilir. Eyni zamanda readmissiya sazişi ətrafında aparılacaq danışıqlar yekunda AB və ya Azərbaycanın ərazisində icazəsi olmadan yaşayan vətəndaşların qayıdışı üçün mexanizmləri təmin edir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında