Rüstəm ARİFCANOV: Azərbaycanın "Böyük iyirmilikdə" iştirakı onun qeyd-şərtsiz növbəti diplomatik qələbəsidir

"Azərbaycanın "Böyük iyirmiliyin" xarici işlər nazirlərinin iclasına dəvət olunması və iştirakı onun qeyd-şərtsiz növbəti diplomatik qələbəsidir. Bu qələbə Azərbaycanın ora dəvət edilməsindən ibarət deyildir, məsələ ondadır ki, siyasi və iqtisadi məkanda Azərbaycanın rəyi əhəmiyyətli olmuşdur, onu dinləyirlər və bir çox dünya məsələlərinin həlli onun rəyindən asılıdır". Bu sözləri Rusiyanın tanınmış politoloqu, "Al-RTV" Ümumrusiya Televiziya Kanalının baş redaktoru Rüstəm Arifcanov AzərTAc-a müsahibəsində səsləndirmişdir.
Onun sözlərinə görə, beynəlxalq aləmdə Azərbaycanın həm siyasi, həm də iqtisadi nüfuzu durmadan artır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür. Politoloq demişdir: "Siyasi təsirə gəldikdə, Azərbaycan postsovet məkanında, həqiqətən, müstəqil siyasət yürüdən çox az sayda dövlətlərdən biridir. Başqa dövlətlərin, o cümlədən ya tamamilə Rusiya Federasiyasının, yaxud ABŞ-ın təsiri altına düşən Cənubi Qafqaz dövlətlərinin mənafelərini başa düşmək lazımdır. Ola bilsin, onların bununla bağlı müxtəlif səbəbləri vardır. Lakin zənnimcə, həmin ölkələrin vətəndaşları buna görə qürur hissi keçirmirlər. Ancaq Azərbaycan vətəndaşları inamla deyə bilərlər ki, onların dövləti, həqiqətən, müstəqildir. Müstəqil olanlara isə daha çox hörmət edir, daha çox qiymətləndirir və onların rəyinə qulaq asırlar".
R.Arifcanovun fikrincə, diasporun fəaliyyəti əhəmiyyətli olsa da, Azərbaycan ümidlərini Cənubi Qafqaz dövlətlərindən birinin etdiyi kimi diasporun bu və ya digər nümayəndələrinə deyil, öz vətəndaşlarına və hökumətinə bağlayır. O demişdir: "Diasporun qüdrətinə inanmaq olar, hətta onun uğurlarından faydalanmaq olar, lakin belə bir dövlət müstəqil olmayacaqdır. Var formal müstəqillik və suverenlik, var həqiqi suverenlik. Bax, Azərbaycan son 20 ildə göstərmişdir ki, heç kəsdən, nə dinbir-qanbir qonşularından, nə MDB-dəki dostlarından, nə də Qərb və Şərqdəki dostlarından asılı olmayan müstəqil siyasət yeridən suveren dövlətdir".
Rüstəm Arifcanov onu da bildirmişdir ki, Azərbaycanın beynəlxalq birliyin müxtəlif tədbirlərinə qatılması bir çox ölkələrin elitalarının Qarabağ probleminə yaxından bələd olmalarına kömək edəcəkdir. Azərbaycanın xarici siyasəti nəticəsində xalqımızın faciəsi haqqında dünya nə qədər çox məlumat əldə etsə, Azərbaycan üçün bir o qədər yaxşı olacaqdır. R.Arifcanov sonda demişdir: "Biz yalnız öz gücümüzə və Azərbaycanın düzgün xarici siyasətinə ümid bəsləyirik. Zənnimcə, xarici siyasətin uğurlarından biri odur ki, bu gün dövlətin başında dünyanın ən yaxşı diplomatlarından biri durur, çünki İlham Əliyevin dövlətə rəhbərliyi dövründə Azərbaycan sübut etmişdir ki, ölçülüb-biçilmiş, dəqiq və uğur gətirən beynəlxalq siyasət yürüdür".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında