366-cı alayın zabiti, polkovnik V.Savelev: "Gözümün qabağında baş verən faktlar haqqında susmaq fikrində deyiləm"

Rusiyada dərc olunan nüfuzlu "Nezavisimaya qazeta"da Xocalı soyqırımının 20 -ci ildönümü ilə əlaqədar Bakıda keçirilmiş izdihamlı ümumxalq yürüşü haqqında geniş məqalə dərc olunmuşdur.
Məqalədə deyilir ki, 20 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı Xocalı şəhərində erməni silahlı dəstələrinin törətdikləri qətliamı unutmur. Bu faciəli hadisə unudulmazdır. Çünki, Xocalı şəhərini işğal edən erməni silahlıları qadın, qoca və uşaqlara da rəhm etmədən öldürmüş və cəsədləri təhqir etmişlər. Məqalədə Xocalının işğalı zamanı öldürülənlərin sayı da göstərilərək qeyd edilir ki, 613 nəfər öldürülmüş, 1275 nəfər girov götürülərək təhqirlərə məruz qalmış, 8 ailə tamamilə məhv edilmiş, 24 uşaq hər iki valideynini itirmiş, 150 Xocalı sakininin taleyi bu günədək məlum deyildir.
Məqalədə Xocalıda baş verənlərin soyqırımı olması haqqında sənədlərdən bəhs olun- muş və Xankəndində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zabiti, polkovnik V.Savelyevin xüsusi idarənin rəisinə yazdığı hesabatdan bir parça dərc edilmişdir. V.Savelyev hesabatında yazmışdır: "...Gözümün qabağında baş verən faktlar haqqında susmaq fikrində deyiləm. Uşaqların, qocaların və hamilə qadınların güllələnməsini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar, bu qanlı hadisənin qarşısını almağa mənim imkanım çatmırdı".
Məqalədə erməni silahlılarının dinc azərbaycanlıları işgəncə ilə öldürmələri haqqında sənədlərin mövcudluğu qeyd olunur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında