Ankarada Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Keçiören bələdiyyəsi ilə birgə bu rayonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməlqoyma mərasimi təşkil etmişdir. 
Mərasimdə Azərbaycan səfirliyinin əməkdaşları, Türkiyə parlamentinin çoxsaylı millət vəkilləri, Hakim Ədalət və İnkişaf Partiyasının və Keçiören bələdiyyəsinin üzvləri ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak etmişlər.
Xocalı soyqırımı qurbanlarının ruhuna dua oxunmuşdur.
Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Milliyətçi Hərəkat Partiyasını İğdırdan təmsil edən millət vəkili Sinan Oğan, səfir Faiq Bağırov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdet Ünüvar, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Haluk İpek çıxış edərək, Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşmüşlər.
Sonra, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməli qoyulmuşdur.
Həmin gün səfirliyin təşkilatçılığı ilə Bilkent Universitetinin böyük konsert zalında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar simfonik musiqidən ibarət konsert təşkil olunmuşdur. Konsertdə Q.Qarayev və F.Bədəlbəylinin əsərləri ilə yanaşı, Yusif Mirişlinin Xocalı soyqırımına həsr etdiyi "613" adlı əsəri ilk dəfə olaraq Bilkent Sinfonik Orkestri və "Oda" xoru tərəfindən səsləndirilmişdir.
Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Mehmet Sağlam, parlamentin sabiq sədrləri Hikmet Çetin ve İsmet Sezgin, Türkiyə daxili işlər nazirinin müavini Osman Güneş, xarici işlər nazirinin müavinləri və yüksək vəzifəli rəsmiləri, mədəniyyət və turizm nazirinin müavini, Bilkent Universiteti idarə heyətinin sədri Əli Doğramacı, diaspor təmsilçiləri, tələbələr, ictimaiyyətin nümayəndələri tədbirdə iştirak etmişlər.
Xocalı qətliamı haqqında sənədli filmin nümayişindən sonra, səfir Faiq Bağırov çıxışında 20 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş faciə barədə geniş məlumat vermiş, soyqırımının tanıdılmasında iki qardaş ölkənin üzərinə düşən məsuliyyətdən söz açmışdır.
"Xocalıya ədalət!" beynəlxalq imza kampaniyası davam etmiş, tədbir iştirakçılarına faciə ilə bağlı təbliğat xarakterli materiallar təqdim edilmiş, rəsm və foto sərgisinin açılışı olmuşdur.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında