Tomas de Vaal Ermənistanın ittihamlarına Serj Sarkisyanın öz dili ilə cavab verdi

Məşhur ingilis jurnalisti, yazıçısı, Karnegi Fondunun proqram direktoru Tomas de Vaal Azərbaycanın elmi ictimaiyyətinə yaxşı tanışdır. O, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş "Qarabağ - qara bağ" kitabının müəllifi, "Çeçenistan - Qafqazda fəlakət" kitabının müəlliflərindən biridir. Qafqaz regionu ilə bağlı çoxsaylı məqalələri Qərbdə geniş maraq doğurmuşdur. 
Tomas de Vaal "Qarabağ" kitabının (2003-cü ildə Nyu-Yorkda ingilis, 2005-ci ildə Sankt-Peterburqda rus dilində nəşr olunmuşdur) girişində hadisələrin təsvirinə və təhlilinə obyektiv mövqedən yanaşacağını vəd etsə də bəzən bitərəf qalmağı bacarmamış, tarixi faktları təhrif edərək ermənipərəst mövqe sərgiləmişdir. Qandsazar məbədini alban tarixi abidəsi deyil, erməni məbədi, Albaniya knyazı Həsən Cəlalı səhvən erməni kimi təqdim edən Tomas de Vaal xristian təəssübkeşliyinin təsiri altına düşərək, hətta Qarabağın "erməni knyazları və yepiskoplarının tarixi sığınacağı, müsəlman-türk dünyası qarşısında xristian sivilizasiyasının sonuncu forpostu" olduğunu iddia etmişdir.
Azərbaycan mədəniyyətinin beşiyi olan və 1992-ci ilin mayında ermənilər tərəfindən işğala məruz qalmış Şuşanı səhvən "erməni ticarət şəhəri" kimi qələmə verən müəllif dəfələrlə bu şəhərdə olmuş, işğalın ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmişdir.
Zaman keçdikcə Tomas de Vaal ermənilərin nə qədər məkrli, qaniçən, amansız bir xalq olduğunu, kitabı yazarkən Ermənistanın toruna düşdüyünü anlamağa başlamışdır.
Onun 2000-ci il dekabrın 15-də Ermənistanın müdafiə naziri Serj Sarkisyandan aldığı müsahibəni "Qara bağ" kitabına daxil etməsindən sonra Azərbaycan tərəfi bu müsahibəni Ermənistanın işğalçılıq siyasətinin ifşası üçün ciddi arqumentə çevirmişdir. Çətin duruma düşən erməni təbliğat maşını Tomas de Vaala qarşı hücuma keçmiş, onu müsahibəni saxtalaşdırmaqda, Azərbaycanın əlaltısı olmaqda ittiham etmişdir. Tədqiqatçı ittihamlara cavab olaraq fevralın 25-də müsahibənin tam mətnini açıqlamışdır.
Müsahibənin Xocalı hadisələrindən və sovet dövründən Xankəndidə dislokasiya olunmuş 366-cı alayın Xocalının dinc sakinlərinə divan tutulmasında iştirakından bəhs edən hissəsini contakt.az saytından (tərcümə Turan İnformasiya Agentliyinindir) oxuculara təqdim edirik.
"Xalq qəzeti"

{nl}


Tomas de Vaal: Bəli. Amma mən deyə bilərəm ki, məndə olan məlumatlara görə 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub.
Serj Sarkisyan: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma, birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar "Qrad"la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər.
İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırkı komandanı, general-leytenant (Seyran) Ohanyan orada batalyon komandiri idi. O, bizə necə kömək etməyə bilərdi? Amma bir, iki və ya üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur.
Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?
Serj Sarkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər.
Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.
Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə, çox şey şişirdilib. Azərbaycanlılara hər-hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cür müqayisə etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli o da döyüş əməliyyatlarında iştirak edir...
Və orada dəhliz harada isə onları güllələmək üçün qoyulmamışdı, Ağdamın girəcəyində deyil, Xocalıda da güllələmək olardı.
Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki, ...
Serj Sarkisyan: Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi. Amma bu metodu biz düşünmədik. Bunu, Hadrut və Şuşa rayonlarından öz milislərinin köməyilə bizimkiləri qovarkən onlar düşündülər.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında