Kalqari şəhər meri Xocalı faciəsində Ermənistan Silahlı Qüvvələrini təqsirli sayır

Merin qərarı ilə bu il Kalqaridə Xocalı faciəsinin 20-ci ildönümü qeyd olunmuşdur.
Azərbaycan dövlətinin və Kanadada fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (Alberta Azerbaijani Cultural Society - ALACS) səyləri sayəsində Kalqari meri Xocalı qətliamı faktını tanıyıb və bu cinayətin törədilməsində məsuliyyəti Ermənistan Silahlı Qüvvələrinin daşıdığını bildirmişdir. APA-nın məlumatına görə, şəhər meri Naheed K. Nenshinin imzaladığı məktubda deyilir: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə alıb və şəhərə basqın edərək buranı tərk edən mülki əhalini gülləbaran edib".
Məktubda həmçinin qeyd olunur ki, "Kalqari şəhəri 2012-ci il 25-26 fevral tarixlərini həmin faciəli günün 20-ci ildönümü kimi tanıyır və biz həmin hadisələr zamanı həlak olmuş, eləcə də yaxınlarını itirmiş insanları xatırlayırıq".
Şəhər merinin qərarı ilə bu il fevralın 25 və 26-da Kalqaridə Xocalı faciəsinin 20-ci ildönümü qeyd olunmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında