Qobustan: Yeni layihələrə imza atılır

Son vaxtlar Qobustan rayonu simasını xeyli dəyişib desək yanılmarıq. Rayonda böyük uğurlara imza atılıb, abadlıq-quruculuq işləri həyata keçirilib. Təsadüfi deyildir ki, bu barədə 2011-ci ilin yekunlarına həsr olunmuş yığıncaqda geniş söhbət getdi. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov bildirdi ki, ötən il rayon üçün xüsusi ilə uğurlu və yaddaqalan olub. 13 sentyabr 2011-ci il tarixdə ölkə Prezidenti İlham Əliyev rayona səfər edib.
Onun görüşlər zamanı dediyi: "bu gün Qobustanda çox gözəl və tarixi hadisə baş verir. Azərbaycanda, dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Qobustan, hesab edirəm ki, alternativ və bərpa olunan enerjinin istehsalı üçün nəinki Azərbaycanda, bütün bölgədə öz sözünü deyəcəkdir" sözləri bu gün hər bir qobustanlı üçün əzizdir.
Prezidentin söylədiyi: "Qobustanda indi işlər yaxşı gedir. Burada kənd təsərrüfatının inkişafı üçün vəsait ayrılır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər verilir. Tingçilik inkişaf edir. Burada kənd təsərrüfatının inkişafı üçün yaxşı imkanlar vardır. Yeni qaz xətləri çəkilir, məktəblər tikilir. Burada insanların rahat yaşaması üçün lazım olan bütün işlər görülür" - fikirləri bizim işimizə verilən ən böyük qiymətdir və bu qiymət bizim üçün böyük şərəf olmaqla yanaşı həm də böyük məsuliyyətdir və bizi daha yaxşı işləməyə ruhlandırır.
Sonra Prezident yaradılan tinglik mərkəzinin və müasir taxıl anbarı kompleksinin açılışında iştirak edib.
Bu səfərdən sonra imzaladığı "Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il 1724 nömrəli sərəncamına əsasən rayon icra hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat vəsait ayrılıb.
Məruzəçi bildirdi ki, Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası rayonda uğurla həyata keçirilir. Belə ki, proqramda Qobustan rayonunda həyata keçirilməsi nəzərdə tutulan 20 tədbirdən 17-nin icrasına başlanılıb. Ümumilikdə Dövlət Proqramının icrası nəticəsində 2011-ci ildə ötən illə müqayisədə ümumi məhsul buraxılışının həcmi 14 faiz artıb. Bu artım sənayedə 30, kənd təsərrüfatında 15,4, nəqliyyatda 10,8, ticarətdə isə 34,8 faiz olub.
Qobustan şəhərində baytarlıq və diaqnostika mərkəzinin, Bədəlli kəndində isə baytarlıq məntəqəsinin tikintisi başa çatdırılıb.
Şəhərdaxili küçələrin 4,2 kilometr hissəsində təmir işlərinə başlanılıb. Ş.Şikarov küçəsinə və 1,2 kilometr uzunluqda Tofiq İsmayılov küçəsinə asfalt örtüyü vurulub.
Qobustan şəhərində Heydər Əliyev prospekti abadlaşdırılıb, ikitərəfli səkilər çəkilib, yeni bordürlər qoyulub, yaşıllıq zolağı salınıb. Köhnə işıq dirəkləri müasirləri ilə əvəz edilib. Bir saylı məktəbə və uşaq bağçalarına gedən yola asfalt örtüyü çəkilib.
Rayonun elektrik təchizatının yaxşılaşdırılması sahəsində də xeyli iş görülüb. 178 ədəd dayaq, 863 ədəd izolyator, 920 metr kabel dəyişdirilib, 78 ədəd yağ açarı, 159 ədəd transformator məntəqəsi təmir olunub. 10 kilovoltluq Qobustan şəhərinin elektrik hava xətti təmir olunub. Ərəbqədim, Çuxanlı, Yekəxana, Sündü, Sədəf, Poladlı, Nabur hava elektrik xətləri təmir edilib. Xilmilli kəndinə qaz xətti çəkilib, Nabur və Sündü kəndlərində qazlaşdırma başa çatdırılıb.
Rayonun şəhər və kəndlərində içməli su təminatının yaxşılaşdırılması məqsədilə Qobustan şəhəri, Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərini içməli su ilə təmin edəcək Təsi su xəttinin çəkilişi davam edir.
Natiq çıxışında xüsusilə vurğuladı ki, son səkkiz ildə rayonda bir sıra obyektlər tikilib istifadəyə verilib. Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi yaradılıb, ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı salınıb, ümummilli liderin heykəli ucaldılıb. Rayon icra hakimiyyəti, YAP rayon təşkilatı, idarə və müəssisələr üçün 10 inzibati bina, sutkalıq istehsal gücü 22 ton olan çörək zavodu, asfalt zavodu, tikiş müəssisəsi, Qobustan şəhərində və Sündü kəndində müasir un dəyirmanları, Cəmcəmli və Bəklə kəndlərində daş karxanaları, əlil və şəhid ailələri üçün 8 və 16 mənzilli yaşayış binası, 3 fərdi yaşayış evi və 3 kənddə poçt məntəqəsi, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Milli Elmlər Akademiyasının Seysmoloji Stansiyasının, tutumu 10 min ton olan taxıl anbarı, Baytarlıq İdarəsi və Diaqnostika Mərkəzi, 1 baytarlıq məntəqəsi, vergi ödəyicilərinə xidmət terminalı istifadəyə verilib. Rayon statistika idarəsinin inzibati binasında tikinti işləri tamamlanmaq üzrədir.
2003-2011-ci illərdə Qobustan rayonunda 2031-i daimi olmaqla, 9126 yeni iş yeri açılıb. Ötən səkkiz ildə əhalinin orta aylıq əmək haqqı 6,1 dəfə, pul gəlirləri isə 3,7 dəfə artıb.
Yəqin fikir verdiniz. Nə qədər iş görülüb. Hələ bu harasıdır. Bir az keçəcək burada görüləcək daha nə qədər yeniliklərin şahidi olacaqsınız.
Daha sonra rayon icra hakimiyyətinin başçısı sahibkarlığın inkişaf etdirilməsindən danışdı. Bildirdi ki, bu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Elə bu səbəbdəndir ki, sahibkarlara dövlət qayğısı günü-gündən artır. 2010-cu ildə rayonda 14 sahibkar 174 min manat kredit aldığı halda, 2011-ci ildə 26 sahibkarlıq subyektinə 326 manat kredit verilib.
Ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2011-ci ildə 3,8 dəfə artaraq 64,1 milyon manata, sənaye məhsulunun həcmi 2,6 dəfə artaraq 722,6 min manata və kənd təsərrüfatının ümumi məhsulu 2,9 dəfə artaraq 38,5 milyon manata çatıb. Bu dövrdə əsas kapitala yönəldilən vəsait 97 dəfə artaraq 22,4 milyon manat, o cümlədən tikinti quraşdırma işləri 10 dəfə artaraq 890 min manat təşkil edib.
O, daha sonra qeyd etdi ki, imtiyazlı şəxslərin təminatı daim möhtərəm Prezidentin nəzarətində olub. Elə bu səbəbdəndir ki, ötən dövrdə həm orta aylıq əmək pensiyası, ünvanlı dövlət yardımı alan ailələrin sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Rayon üzrə ümumilikdə 2236 nəfərə sosial müavinət, 302 ailəyə ünvanlı dövlət sosial yardımı verilir. 2010-cu ildə 138 nəfər aztəminatlı ailəyə 13652 manat ünvanlı dövlət sosial yardımı verildiyi halda, 2011-ci ildə bu rəqəm 28889-a çatmışdır. Bir ailəyə düşən orta aylıq müavinət isə 2010-cu ildə 98,93 olduğu halda hesabat dövründə 95,65 manat təşkil edib. Bu isə öz növbəsində aztəminatlı təbəqənin gəlirlərinin nisbətən yüksəlməyə başlamasından xəbər verir.
Hesabat dövründə rayonda 5 nəfər əlilə pulsuz avtomobil verilib. İmtiyazlı şəxslərin növbəyə götürülməsi və mənzillə təmin olunması sahəsində çox böyük irəliləyiş olub. Qobustan şəhərində əlillər və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası, Nabur kəndində 2, Çuxanlı kəndində isə 1 Qarabağ əlili üçün 2 otaqlı fərdi yaşayış evi tikilib istifadəyə verilib.
Rayon əhalisinin 81,6 faizi təbii qazla təmin olunub. Əhalinin içməli su ilə təmin olunması sahəsində mühüm irəliləyişlər var.
Dövlət başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi Qobustan rayonunda da öz müsbət nəticəsini verib. 2010-cu ildə əkinçilərə 1618857 manat yardım verilib, 2011-ci ildə isə bu rəqəm 98530 manat artaraq 1717387 manata çatdırılıb. Bundan əlavə onlara 1556 ton güzəştli qiymətlə gübrə verilib.
2011 -ci il Qobustan taxılçıları üçün uğurlu il olub, belə ki, rayonda 40415 ton taxıl istehsal edilib ki, bu da 2010-cu ildəkindən 13 min ton çoxdur.
Ət istehsalı 5108,2 tona, süd istehsalı 15052 tona, yun istehsalı 337,5 min tona, yumurta istehsalı isə 7020 min ədədə çatıb.
İcra hakimiyyətinin başçısı Adil Məmmədov rayonun təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahəsində qazandığı uğurlardan da danışdı. Bildirdi ki, müvafiq dövlət proqramına əsasən rayonun Təklə kəndində 220, Cəngi kəndində isə 180 yerlik orta məktəb binaları tikilərək istifadəyə verilib. Cəmcəmli kəndində 180 yerlik və Göydərə kəndində isə 80 yerlik məktəb binalarının tikintisinə başlanılıb. Qobustan şəhərində şəhər 3 saylı uşaq bağçası əsaslı təmir edilib.
Cari ildə rayonun Cəyirli kəndində tam orta məktəbin əsaslı təmirinin, ümumi orta məktəbi üçün 188 şagird yerlik məktəb binasının, Sündü kəndində isə 40 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulub.
2011-ci ildə səhiyyə obyektlərində 19500 manatlıq əsaslı, 2200 manatlıq təmir işləri yerinə yetirilib. Səhiyyə Nazirliyi tərəfindən bir ədəd "Mercedes" markalı təcili tibbi yardım maşını verilib. Xəstəxana müasir tibbi avadanlıqlarla təchiz edilib.
2012-ci il Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının məlum fərmanı ilə "İdman ili" elan olunub. Bununla əlaqədar, gənclərin idmana cəlb olunması, rayonda keçirilən idman tədbirlərinin kütləviliyinin daha da artırılması və yeni idman qurğularının tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.
Artıq rayonda "Gənclər Mərkəzi"nin tikintisinə başlanılıb. Söz yox ki, bu mərkəz rayonda gənc nəslin formalaşmasında mühüm rol oynayacaqdır.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər də Qobustan rayonunun 2011-ci ildə böyük uğurlara imza atdığını xüsusi qeyd etdilər. Bildirdilər ki, rayon üçün il ildən uğurlu gəlib. Hələ bu harasıdır. Gələcəkdə Qobustanda daha böyük layihələrin həyata keçirildiyinin şahidi olacağıq.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış etdi.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında