BAAU-da Xocalı faciəsinin qurbanları anıldı

Dünən Bakı Avrasiya Universitetində (BAAU), Xocalı faciəsinin iyirminci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
BAAU-nun prorektoru, hüquq elmləri doktoru, professor Nazim Cəfərli tədbiri açaraq dedi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri Xocalı şəhərini dağıdaraq əhalisini xüsusi qəddarlıqla qətlə yetirmiş, bununla da bütün bəşəriyyətə qarşı tarixdə misli görünməmiş qanlı cinayət törətmişlər. Natiq Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görüləsi vacib işlərdən də danışmışdır.
Tədbirdə millət vəkilləri Elmira Axundova, Zahid Oruc çıxış edərək bildirmişlər ki, ölkəmizdə Xocalı faciəsinin qurbanları dərin ehtiramla daim yad edilir, dünya ictimaiyyətinə ermənilərin yırtıcı siması göstərilir. Onlar həmçinin qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya xalqlarının diqqətinə çatdırılması üçün geniş işlərə başlanılmışdır. Millət vəkilləri daha sonra bildirmişlər ki, bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə xalqımızda böyük inam vardır.
Tədbirdə Xocalı faciəsinin dəhşətlərini əks etdirən videogörüntülər nümayiş etdirilmişdir.

{nl}

M.HACIXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında