Lerikdə Xocalı soyqırımının 20-ci ildönümü geniş qeyd edilib

Xocalı soyqırımının iyirminci ildönümü münasibətilə Lerikdə silsilə tədbirlər keçirilmişdir.
Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində, şəhər internatında və rayonun bütün ümumtəhsil məktəblərində "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm əsərləri nümayiş etdirilmiş, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Rayon və kənd mədəniyyət evlərində, klublarda, mərkəzi xəstəxanada, YAP Lerik rayon təşkilatında da müxtəlif tədbirlər keçirilmiş, soyqırımına həsr olunmuş rəsm əsərlərinin sərgisi və faciəyə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir.
Yekun tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı qətliamını əks etdirən film nümayiş etdirildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov giriş sözü ilə çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına rəğmən, 366-cı rus motoatıcı alayının şəxsi heyəti ilə Xocalıya hücum edərək, dinc əhaliyə amansız divan tutmuşlar. Dəhşətli qətliam uzun müddət diqqətsiz qalmış, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu soyqırımına siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Məhz həmin dövrdən başlayaraq Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı və bütövlükdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında əsl həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların soyqırım siyasəti kimi tanınmasına nail olmaq xətti yeridir.
İcra hakimiyyəti başçısının müavini Habil Məlikov Xocalı soyqırımı haqqında məruzə etdi.
Rayon məhkəməsinin hakimi Vəzirxan Məlikov, Qarabağ müharibəsi əlili Əlihüseyn Əliyev, jurnalist Hüsaməddin Abbasov, şəhid anası Səmayə Cəfərova Azərbaycan xalqına qarşı törədilmiş soyqırım hadisələrinin unudulmaması, bu həqiqətlərin daha geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması zərurətini vurğuladılar və itirilmiş torpaqlarımızın möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində azad ediləcəyinə, xalqımızın başına gətirilən faciənin soyqırım aktı kimi bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunacağına inam ifadə etdilər.
Sonda Xocalı soyqırımı mövzusunda inşa yazı və rəsm müsabiqələrində qalib gəlmiş məktəblilərə diplom və mükafatlar təqdim edildi.

{nl}

Ə.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında