Ağsuda anım mərasimi

Ağsu Rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının iyrminci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq rayonun təhsil ocaqlarında faciəyə həsr olunmuş bülletenlər hazırlanmış, ədəbi-bədii gecələr keçirilmişdir.  
Fevralın 24-də rayonun təhsil ocaqlarında keçirilən ilk dərslər Xocalı faciəsinə həsr olunmuş və şagirdlər erməni işğalçılarının xalqımıza qarşı genosid siyasəti barədə bir daha məlumatlandırılmışdır. Rayon Mədəniyyət və Turizm şöbəsində Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirilmiş, tədbirdə soyqırım şahidləri, eləcə də Ağsu ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Heydər Əliyev Mərkəzində "Xocalı faciəsi - bəşəriyyətə qarşı cinayətə layiqli qiymət verən lider" adlı anım mərasimi keçirilmiş, Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış və internetdə yayımlanmış "Xocalı qətliamı" adlı film nümayiş etdirilmişdir.
Rayonun bütün idarə, müəssisə və təşkilatlarında, yaşayış məntəqələrində anım mərasimləri keçirilmişdir.
İcra hakimiyyəti başçısı Aparatının məsul işçiləri rayonumuza pənah gətirmiş xocalılarla görüşlər keçirmiş, onlara maddi köməkliklər göstərmişlər. Fevralın 25-də rayon ictimaiyyətinin iştirakı ilə keçirilmiş geniş yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbirdə iştirak edən Xocalı sakinlərinə başsağlığı verdi.
Natiq bildirdi ki, "Böyük Ermənistan" ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüz siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. İnsanlar xüsusi qəddarlıqla qətlə yetirildilər.
Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açılmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir.
Yığıncaqda "Xocalı dünyada törədilmiş ən ağır cinayətdir" mövzusunda məruzə dinlənilmiş, yığıncaq iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında