Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilmişdir

Fevralın 24-də ABŞ-dakı Azərbaycan və türk diasporunun üzvləri Nyu-York və Vaşinqtonda Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş aksiyalar keçirmişlər
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Nyu-Yorkdakı Azərbaycan Cəmiyyəti dinc aksiya keçirərək Xocalı qurbanlarını yad etmişlər. Onlar ermənilərin törətdiyi kütləvi qətlləri və qəddarlıqları ittiham edən plakatlar nümayiş etdirmişlər. Diaspor üzvləri beynəlxalq ictimaiyyətə müraciət edərək, Xocalı soyqırımını törədənlərin hələ də cəzasız qaldıqlarını bildirmişlər.
Bundan başqa, diaspor üzvləri Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını tələb etmişlər.
Nyu-York və Vaşinqtonun bəzi metro stansiyalarında və küçələrində ermənilərin Azərbaycana qarşı təcavüzünü əks etdirən yüzlərlə Xocalı posteri də nümayiş olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında