Nəsimi rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

Xocalı soyqırımının 20-ci ili ilə əlaqədar Nəsimi rayonunda anım mərasimi keçirilib. Tədbir H. Sarabski adına Mədəniyyət evində oldu.
Mərasim iştirakçıları əvvəlcə foyedə Xocalı faciəsinə həsr olunmuş kitab, fotoşəkillər, rəsm əsərləri, plakatlardan ibarət sərgiyə tamaşa etdilər. Soyqırımla əlaqədar sənədli film nümayiş etdirildi. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev dedi ki, 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından 20 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərinə hücum edərək bu qədim Azərbaycan yaşayış məntəqəsini yer üzündən silmişlər. Bu qəddar və qanlı aksiya zamanı 613 soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüşdür. Həmin girovların 150 nəfərinin taleyi hələ də bilinmir. Vəhşicəsinə, olmazın əzablarla öldürülənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl insanlar idi. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. Bu, son iki əsr ərzində erməni millətçilərinin öz havadarlarının köməyilə tarixdə heç bir izi-tozu olmayan, mifik, özlərinin xəstə təxəyyüllərinin məhsulu olan "Böyük Ermənistan" ideyasını həyata keçirmək məqsədilə etdikləri minlərlə qanlı cinayətdən ən dəhşətlisi idi. Bu soyqırımı törətməklə düşmənlərimiz xalqımızı qorxutmaq, onu öz ərazi bütövlüyü və müstəqillik uğrunda müqəddəs mübarizədən çəkindirmək, əzəli torpaqlarımıza yiyələnmək niyyətində idilər. Lakin erməni faşistlərinin və onların havadarlarının istəkləri yerinə yetmədi. Bu hadisədən sonra xalqımız öz azadlığı uğrunda mübarizədən nəinki çəkindi, əksinə əsrlərlə arzusunda olduğu müstəqillik yolundakı gələcək mücadilələrdə daha qətiyyətli və əzmkar oldu. Azərbaycan xalqı Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini həmişə uca tutur. Əminik ki, tez bir zamanda doğma Qarabağımız mənfur düşmənin caynağından azad olacaq və bütün şəhidlərimizin qisası alınacaq.
H. Sarabski adına Mədəniyyət evi kollektivinin ifasında Xocalı faciəsi mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Nəsimi rayonunda məskunlaşmış Xocalıdan olan 65 ailəyə maddi yardım verildi.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında