ABŞ-ın Nyu-Cersi ştatı Xocalı qətliamını tanımışdır

ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Kris Kristi və vitse-qubernator, leytenant Kim Qadaqno Nyu-Cersi ştatının Xocalı qətliamı qurbanlarına ehtiramlarını ifadə edərək birgə bəyanat yaymışlar.
Bu barədə APA-nın müxbirinə qubernatorluqdan məlumat verilmişdir.
Bəyanatda deyilir: "Nyu-Cersi ştatı adından, biz ABŞ-Azərbaycanlıları Şəbəkəsi, həmçinin erməni və rus əsgərləri tərəfindən Dağlıq Qarabağ müharibəsinin dəhşətli faciəsinin - qaçmağa cəhd edərkən yüzlərlə etnik azərbaycanlının qətlə yetirildiyi Xocalı qətliamının 20-ci ildönümünü yad edən hər kəslə həmrəy olduğumuzu bildiririk".
ABŞ Azərbaycanlıları Şəbəkəsi Xocalı qətliamının ABŞ qubernatoru tərəfindən tanınmasını təsdiq edən mühüm sənəd olan bu bəyanatı alqışlamışdır.
Şəbəkə bildirir ki, Nyu-Cersi ştatı Xocalı qətliamını tanıyan ilk ABŞ ştatı olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında