"New York Times" və "Washington Post" qəzetlərinin bütöv bir səhifələri Xocalı soyqırımına həsr olunmuşdur

Azərbaycan-Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya çərçivəsində dünyanın nüfuzlu "New-York Times" və "Washington Post" qəzetlərinin 25 fevral tarixli nömrələrində bütöv bir səhifə Xocalı soyqırımına həsr olunmuşdur. Tirajı 3 milyon olan qəzetlərin, həmçinin "Politico" dərgisinin internet səhifələrində 1 həftə ərzində Xocalı soyqırımı ilə bağlı pop-up nümayiş olunacaq. 
Bundan başqa ABŞ-ın məşhur və ən çox izləyici auditoriyası olan xəbər kanallarından biri CNN də Xocalı soyqırımına həsr olunmuş bir neçə dəqiqəlik reportaj hazırlamışdır.
Bütün bu materiallarda 20 il öncə azərbaycanlıların məruz qaldığı kütləvi cinayət barəsində məlumat verilir. Eyni zamanda, bu ədalətsizliyə biganə qalmamaq və Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün dəstək olmaq üçün ABŞ Prezidenti və konqresmenlərinə "Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində yüksək prioritetə malik olmalıdır" adlı məktub göndərmək çağırışı edilir. Bunun üçün AAA-nın saytında yaradılmış xüsusi bölməyə daxil olmaq lazımdır. Saytda, həmçinin Xocalı hadisələri ilə bağlı geniş məlumatlar öz əksini tapır.
AAA-nın Xocalı soyqırımının 20 illiyi münasibətilə Amerikada həyata keçirdiyi kampaniya milyonlarla insanı əhatə edir və silsilə tədbirlərdən ibarətdir. Kampaniya çərçivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlər yerləşdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında