Kiyevdə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı BMT-nin və ATƏT-in nümayəndəliklərinə qətnamə təqdim olunmuşdur

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində silsilə tədbirlər davam etdirilir. 
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə BMT-nin və ATƏT-in Kiyevdəki nümayəndəliklərinin qarşısında etiraz aksiyası keçirilmişdir.
Tədbirin iştirakçıları erməni qəsbkarlarının tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri işğalçılıq və soyqırımı siyasətinə görə cavab verməli olduqları, XX əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması ilə bağlı şüarlar səsləndirmişlər.
Kiyevin mərkəzindən BMT-nin və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin yerləşdiyi əraziyədək yürüş edən bu ölkədə yaşayan azərbaycanlı gənclər və Ukrayna Azərbaycanlıları Konqresinin fəalları soyqırımından 20 il ötməsinə baxmayaraq, ermənilərin Xocalıda törətdikləri bəşəri cinayətə hüquqi-siyasi qiymət verməyən beynəlxalq təşkilatları ikili standartlardan əl çəkməyə çağırmışlar. Həmvətənlərimiz BMT-dən və ATƏT-dən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Xocalı soyqırımı ilə bağlı ədalətli qərarın qəbul olunmasını tələb etmişlər.
Tədbirdə ötən 20 ildə ermənilərin Xocalıda törətdikləri cinayətə göz yuman BMT-yə və ATƏT-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən hazırlanmış 2,5 metr uzunluğundakı rəmzi qətnamə təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında