Ankaranın Kızılcahamam rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməlqoyma mərasimi olmuşdur

Ankaranın Kızılcahamam rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməlqoyma mərasimi olmuşdur.
Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Gənclik Təşəbbüsləri İctimai Birliyi və Kızılcahamam bələdiyyəsinin təşkilatçılığı ilə keçirilmiş mərasimdə səfir Faiq Bağırov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, Kızılcahamam bələdiyyəsinin sədri Coşkun Ünal çıxış etmişlər.
Q.Paşayeva bildirmişdir ki, Xocalı şəhidlərinin ruhu sağ qalanlara "bizi unutmayın və unutdurmayın", bizi qətlə yetirənlər ədalət qarşısında hesab versinlər deyir. Gələn il açılışı olacaq bu abidə də gələcək nəsillərə bu faciəni unutmamaq üçün bir yadigar olacaqdır. Biz istəyirik ki, Azərbaycan və Türkiyə əl-ələ versin, torpaqlarımızı da işğaldan qurtaraq.
N.Ünüvar da çıxışında Xocalı faciəsinin unudulmamasının zəruriliyini bildirmişdir. Çünki, beləliklə, gələcəkdə yaşanacaq bu cür qətliamların da qarşısı alınardı.
Natiqlər rayon mərkəzində bu abidənin ucaldılmasına yer ayırdığı üçün Kızılcahamam bələdiyyəsinə təşəkkür etmiş, heykəlin təməlini qoymuşlar.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında