Dövlət BAXÇALI: Xocalı qətliamı türk millətinə qarşı bəşəri cinayətdir

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı bəyanat yaymışdır. 
Bəyanatda bildirilir ki, Xocalı qətliamı türk millətinə qarşı bəşəri cinayətdir, bu hadisənin günahkarları daim qatil və cani kimi qiymətləndiriləcəklər.
Xocalı qətliamının XX əsrin ən böyük fəlakət və faciələrindən biri kimi tarixdə qaldığını vurğulayan D. Baxçalı əlavə etmişdir ki, həmin hadisə zamanı azərbaycanlı dinc sakinlər erməni azğınlığı ilə qarşılaşmış, soydaşlarımız ağır və qanlı bir basqınla sarsılmışlar. Daşnak və Hınçak terrorçuları türk millətinə qarşı düşmənçiliklərini göstərmiş, qan tökərək, məsum insanları qətlə yetirmişlər. Soydaşlarımızın namusuna, şərəfinə, həyatına və hüquqlarına qəsd etməyə cürət etmiş erməni əxlaqsızlığını əziz millətimiz lənət və nifrətlə xatırlayacaqdır.
D.Baxçalı Xocalı qətliamını görmək istəməyənlərin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etmələrini ikiüzlülük kimi dəyərləndirmişdir.
Bəyanatın sonunda deyilir: "Unutmamaq lazımdır ki, "bir millət, iki dövlət" olduğumuz Azərbaycan Cümhuriyyətinin əsarət altında olan Vətən parçasına qovuşması vazkeçilməz və yeri doldurulmaz bir reallıq, zərurətdir. İnşallah, türk millətinin duası, dəstəyi və istəyi də hər zaman bu istiqamətdə olacaqdır".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında