Azərbaycanın BMT yanında daimi nümayəndəsi qurumun baş katibinə Xocalı soyqırımı ilə bağlı məktub göndərmişdir

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Muna məktub göndərmişdir.
Daimi Nümayəndəlikdən bildirmişlər ki, məktubda Xocalı faciəsi və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər cinayətlər barədə ətraflı məlumat verilmişdir.
Faciə ilə bağlı faktlar diqqətə çatdıran Aqşin Mehdiyev məktubunda qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri Xocalı sakinlərinə qarşı soyqırımı aktı həyata keçirmişlər. Bu hərbi təcavüz nəticəsində Xocalı şəhəri darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Girovların 150 nəfərinin taleyi bu günədək məlum deyildir.
Səfir Aqşin Mehdiyev BMT baş katibinə məktubunda faciənin Xocalı əhalisinin başına yalnız azərbaycanlı olduqları üçün gətirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, Xocalı şəhəri təcavüz, işğal və etnik təmizləmə üçün meydan kimi seçilmiş, ağlasığmaz vəhşiliklər törədilmiş, hamilə qadınların dərisi soyulmuş, başları kəsilərək süngüdən keçirilmiş, cəsədlər tanınmaz hala salınmışdır.
Məktubda bildirilmişdir ki, Azərbaycanın hüquq mühafizə orqanları çoxsaylı müstəqil mənbələrə, bu faciənin şahidlərinə və sənədlərə əsaslanaraq Xocalıda törədilmiş cinayətlərdə Ermənistanın məsuliyyətini təsdiqləyir. Bu məsuliyyət beynəlxalq hüququn ümumi normalarından və insan hüquqları haqqında Avropa Konvensiyasından irəli gəlir.
Diplomat məktubunda yazır ki, bir çox cinayətlərlə bağlı beynəlxalq səviyyədə görülmüş ardıcıl tədbirlər, həmçinin beynəlxalq cinayətkarların mövcud hüquqi çərçivədə mühakimə olunması və cəzalandırılması Azərbaycan hökumətində belə bir əminlik yaradır ki, Xocalı qətliamı və Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilən digər ağır cinayətlər də cəzasız qalmayacaqdır.
Səfir Aqşin Mehdiyev baş katibə ünvanladığı bu məktubun Baş Məclisin gündəlikdə duran 35, 39, 65, 67, 69, 83 və 84 nömrəli maddələrinə uyğun olaraq, eləcə də Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında