1992-ci il fevralın 26-da ən müasir silahlar və texnika ilə təchiz olunmuş Ermənistan hərbi birləşmələri keç- miş sovet ordusunun 366-cı alayının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdilər, yüzlərlə günahsız mülki əhaliyə - qadınlara, qocalara, uşaqlara amansızcasına divan tutdular. Xüsusi qəddarlığı ilə seçilən bu təcavüz aktı təkcə Xocalı əhalisinə deyil, bütövlükdə insanlığa qarşı misli görünməmiş cinayət idi. Əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aksiyaları törədilmişdir. Amma Xocalı soyqırımı bunların ən dəhşətlisi olmuşdur... Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edərkən onların qarşısında hər birimizin vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları yaşatmaq,müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməkdir...
{nl}
Heydər ƏLİYEV Ümummilli lider
{nl}
1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Həmin gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən yer üzündən silindi. Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur. Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi... Xocalı faciəsi öz qəddarlığına, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə bəşəriyyətə qarşı ağır cinayətlər sırasına daxil olmuşdur...
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
{nl}
ocalı şəhidlərinin ruhuna əbədi ehtiram!

1 mart 1992
Erməni əsgərləri yüzlərlə ailəni kütləvi surətdə qırıb: Tomas Qolts, Ağdam, Azərbaycan:
- Sağ qalan azərbaycanlılar danışırlar ki, erməni əsgərləri 450-dən çox azərbaycanlını güllələyib, süngüdən keçiriblər. Onların əksəriyyəti qadın və uşaqlar olub. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ya həlak olub.
Hücum edənlər qadın və uşaqları müdafiə edən könüllülərin əksəriyyətini öldürüblər. Sonra onlar silahlarını qorxmuş mülki əhaliyə tərəf çeviriblər. Sağ qalan bir neçə şəxs baş vermişləri sonradan belə təsvir edir: "Bu əsil qırğın idi". Sağ qalan üç könüllüdən biri Azər Hacıyev bildirir ki, "ermənilər atəş açdılar. Sonra süngü və bıçaqlarla insanları kəsməyə başladılar". (Amma deməyin ki, bu azərbaycanlının sözləridir. Əgər qəzet bunu nəşr etmək məsuliyyətini üzərinə götürübsə, deməli əldə lazımi faktlar var).
"Onlar güllələyirdilər, güllələyirdilər, güllələyirdilər", digər qadın və uşaqlarla ermənilərin arasından Ağdama gələ bilmiş Raziya Aslanova əks-səda kimi təkrarlayır. O, ərinin, kürəkəninin gözləri qarşısında güllələndiyini bilidirirdi. Qızı isə itkin düşüb.
Ağdama gəlmiş oğlanlardan birinin qulağı kəsilmişdi. Sağ qalanlar bildirirdilər ki, təklikdə xilas olmağa çalışan 2000 nəfərin taleyi hələ də məlum deyil, çoxları bəlkə də aldıqları yaralardan və ya soyuqdan həlak olublar.
Dünən axşam Ağdamın meyitxanasında 579 ölü qeydə alındı. 29 meyit qəbiristanlıqda basdırılmışdır. Dəfn mərasimi gözlənilən yeddi meyitin ikisinin uşaq, üçünün isə qadın olduğunu gördüm. Onlardan biri yaxın məsafədən sinəsindən güllə yarası almışdı.
Ağdam xəstəxanasında dəhşətli mənzərə yaranmışdı. Həkimlər qırğından qaça bilən 140 xəstənin əksəriyyətinin güllə yarası aldığını bildirirdilər. Lakin Ağdamda da onlar təhlükəsizlikdə deyildilər. Cümə günü axşam 15000 əhalisi olan şəhərə iki raket düşmüş, bir neçə binanı dağıtmış, bir nəfəri isə öldürmüşdü.
{nl}
2 mart 1992
Qarabağda meyit təpələri
(Anatol Liven erməni qoşunları tərəfindən qaçqınların kütləvi öldürülməsi faktını araşdırarkən uçuş zamanı atəş altına düşüb):
Biz qarla örtülmüş Dağlıq Qarabağ təpəliklərinə endikcə, cəsədlərin hər tərəfə yayıldığını gördük. Açıq-aydın görünürdü ki, insanlar xilas olmaq üçün qaçarkən güllələnmişlər. Azərbaycanlıların çəkdikləri və jurnalistlərə göstərilən filmin kadrlarında da təpələrin yamaclarına meyitlərin səpələndiyini görürük.
Azərbaycan tərəfi iddia edir ki, 1000 nəfərdən çox insan ötən həftə Xocalı şəhəri ermənilər tərəfindən zəbt olunarkən törədilən kütləvi qırğın zamanı həlak olub. Daha 4000 nəfər isə yaralanıb, itkin düşüb və soyuqdan həlak olub.
İçində operatorlar olan mülki vertolyot dörd meyit götürdü və hadisə yerinə iki reys etdi. Ağdam aeroportuna gətirdiyimiz meyitlərə nəzər yetirdik. Üçü yaşlı, biri isə kiçik qız uşağı olan meyitlərin üzləri qanla örtülmüşdü, ətrafları isə qıc olduğundan əyilmişdi.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.