Xocalı soyqırımına həsr olunmuş tədbir

Nəsimi rayonunda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində 9 nömrəli orta məktəbdə anım mərasimi olmuşdur. 
Məktəbin foyesində şagirdlərin faciə mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil edilmişdi. Həmin rəsmlərdə Xocalı sorqırımı uşaqların gözü ilə, onların dünyagörüşünə uyğun öz təcəssümünü tapmışdı.
Qeyd edək ki, məktəbdəki hər bir sinifdə faciə ilə əlaqədar divar qəzetləri hazırlanıb. Həmin qəzetlərdə şagirdlər qanlı hadisələrlə bağlı ürək sözlərini bildirmiş, erməni cəlladlarının cəzasız qalmayacaqlarını, səhidlərimizin qisasının alınacağını, torpaqlarımızın azad olunacağını dilə gətirmişlər.
Məktəbin akt zalında tədbir keçirildi. Əvvəl Xocalı soyqırımı ilə bağlı videofilm nümayiş etdirilidi. Faciə mövzusunda məktəblilərin ifasında musiqili ədəbi-bədii kompozisiya göstərildi. Uşaqların söylədikləri şeirlər, ifa etdikləri mahnılar, xüsusilə, 7-ci sinif şagirdlərinin Azərbaycan əsgərinin rəşadətini əks etdirən rəqsi hamını riqqətə gətirdi. Nəzrin İsmayılzdənin bəstələdiyi və özünün ifa etdiyi Xocalı şəhidlərinin xatirəsinə həsr edilmis mahnı məktəblinin böyük istedadından xəbər verirdi.
9 nömrəli məktəbdə Xocalı soyqırımı ilə əlaqədar keçirilmiş anım tədbiri bütün iştirakçıların qəlbində dərin iz buraxdı.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında