Səbaillilərin Xocalı ehtiramı

Xocalı faciəsinin 20-ci ildönümü Bakı şəhərinin Səbail rayonunda da geniş qeyd olunur. Səbail Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, orta və ali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir. Fevralın 24-də məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur. 
Səbail Rayon İcra Hakimiyyətində isə dünən Xocalı şəhərindən köçkün düşərək rayonda məskunlaşmış 23 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qan yaddaşımıza köçən Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdən danışmış, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinə çatdırılması üçün görüləsi vacib işlərdən söz açmışdır.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə geniş işlərə başlanmışdır. Hər il faciənin ildöümü respublikamızda və onun hüdudlarından kənarlarda geniş qeyd olunur. Faciə qurbanlarının xatirəsi daim yad edilir, dünya ictimaiyyətinə ermənilərin yırtıcı siması göstərilir.
Görüşdə qeyd olunmuşdur ki, bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına xalqımızda böyük əminlik var. Milli Ordumuz lazım gələrsə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin əmri ilə müharibə yolu ilə toraqlarımızı azad edəcək.
Fevralın 26-da səbaillilər də "Xocalı harayı" abidəsini ziyarət edəcəklər. Həmin gün rayondakı məscidlərdə Xocalı şəhidlərin ruhuna dualar oxunacaq, Bibiheybət, İçərişəhər və Cümə məscidlərində ehsanlar veriləcəkdir.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının Bakı şəhəri üzrə nümayəndəsi Xəlil Verdiyev və başqaları xocalılara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildirmiş, soyqırım törədənləri lənətləmiş, hərbi canilərin cəzalandırılmasını tələb etmişlər.
Sonda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon icra hakimiyyətinin yardımları təqdim olunmuşdur.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında