Suraxanıda Xocalı faciəsinin 20-ci ildönümü geniş qeyd edilmişdir

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə iştirak edən rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, rayonda məskunlaşan xocalılar əvvəlcə Heydər Əliyev Mərkəzində təşkil olunmuş "Xocalı uşaqların gözü ilə" adlı sərgi ilə tanış olmuşlar.  
Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra 318 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya göstərilmişdir. Tədbir iştirakçıları Xocalı faciəsi haqqında filmə də baxmışlar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçsı İlqar Abbasov öz çıxışında Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
İ. Abbasov qeyd etmişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, eyni zamanda, ən qanlı səhifəsıdir.
Xüsusi vurğulanmışdır ki, xocalılar, hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
İ.Abbasov qeyd etmişdir ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bunun üçün müxtəlif tədbirlərin reallaşdırılması Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Fond bir neçə ildir ki, bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliği yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə xarici ölkələrdə keçirilən tədbirlərə Heydər Əliyev Fondunun verdiyi dəstək, eləcə də fondun təşəbbüsü ilə görülən işlər xüsusi əhəmiyyətə malikdir. Məhz bu cür ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, dünya ictimaiyyəti getdikcə Xocalı soyqırımı haqqında daha çox məlumatlar toplayır, əsl həqiqətlərin nədən ibarət olduğunu daha dərindən anlayır.
Tədbirdə Xocalı faciəsinin canlı şahidləri erməni şovinist-miilətçiləri tərəfindən xocalılara qarşı həyata keçirilən soyqırımı haqqında danışmışlar.

{nl}

B.VAQİF, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında