Faciə qurbanları unudulmur

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Xətai rayonunda kerçirilən anım mərasimi rayon rəhbərliyinin, ictimaiyyətin və qonaqların faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başladı. Sonra mərasim rayon icra hakimiyyəti rəhbərliyinin Xocalı soyqırımı qurbanlarının ailə üzvləri, əlillərlə və şahidləri ilə görüşü keçirildi. 
Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov tədbiri açaraq bildirdi ki, azərbaycanlılar 200 ildən artıqdır ki, erməni separatçılarının davamlı etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi yurd yerlərindən, doğma torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişlər. Bir çox dövlətlərin dəstəyinə söykənən erməni şovunist-terrorçu dəstələrinin 1905-1907, 1918-1920 və 1948-1953-cü illərdə törətdikləri qanlı terror aktları nəticəsində minlərlə günahsız azərbaycanlının qanı tökülmüş, bir çox nəsillərin soyu yer üzündən silinmişdir.
Nəhayət, Sovet İttifaqının süqutu ərəfəsində -1988-ci ildə erməni şovunistlərinin canavar xisləti özünü yenə büruzə verdi və dağılmaqda olan imperiyanın erməni separatçıları dəstəkləyən rəhbərinin yürütdüyü qərəzli və məkrli siyasətinin nəticəsi olaraq 1988-ci ildən 1989-cu ilədək yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya edildi. Bununla da, ermənilər uzun müddətdən bəri planlaşdırdıqları, heç bir beynəlxalq hüquq norma və prinsiplərinə uyğun gəlməyən siyasətlərini reallaşdırmağa başladılar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni silahlı dəstələri SSRİ Silahlı Qüvvələrinin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücuma keçdilər. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 1000-dən sakin şikəst olmuş, 1275 nəfər dinc sakin - qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalmışdır. 155 nəfərin taleyi hələ də məlum deyildir.
R. Məmmədov bildirdi ki, son dərəcə qəddarlıqla törədilmiş Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Bu tarixi faciəni XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz fakt kimi dəyərləndirən Azərbaycanın ümummilli lideri Heydər Əliyev öz fikrini belə ifadə edib: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu"...
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Gülər Əhmədova və Hüseynbala Mirələmov, faciənin şahidləri və şəhid ailələrinin üzvləri çıxış edərək bildirdilər ki, dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı faciəsi ermənilərin milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı törətdikləri qətliam, soyqırımı idi. Ən dəhşətlisi isə odur ki, Xocalıda öldürülmüş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca idi. Amansız faciədə 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.
Mərasimdə, həmçinin qeyd olundu ki, son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın hərbi qüvvələrinin həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb və nəticədə Xocalı soyqırımı ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar öz mövqeyini açıqlamışlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə tanış olur və mövqelərini bəyan edirlər. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Sonra qonaqlar və tədbir iştirkçıları iclas salonunun foyesində düzənlənən və Xocalı qətliamının faciəli nəticələrini əks etdirən sərgiyə tamaşa etdilər.
Mərasimin rəsmi hissəsi Xocalı soyqırımı qurbanlarının ailə üzvlərinə və əlillərə maddi yardımların verilməsi ilə başa çatdı.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında